Çərşənbə , Oktyabr 21 2020
Ana səhifə / Sosial / “Babək”dəki təmir işləri axşama kimi başa çatacaq

“Babək”dəki təmir işləri axşama kimi başa çatacaq

“Bir müdət idi ki, Babək prospektində çökmə yox, asfalt örtüyünün qabarması halı müşahidə olunurdu. Bu vəziyyət sadəcə yolda yox, səkidə və səkidən kənar hissələrdə də var idi. 

Bu sözləri Azərbaycan Dövlət Avtomobil Yollarının sözçüsü Anar Nəcəfli “Qafqazinfo”ya açıqlamasında bildirib. O qeyd edib ki, əraziyə texniklər cəlb olunub və araşdırma aparılıb:

“Aydın oldu ki, bu yol əvvəllər neft tullantılarının ərazisi olub. Yol həmin neft tullantılarının üzərindən çəkildiyinə görə, kiçikhəcmli bir problem yaşanıb. Yəni yolun yeni təmir olunmasının buna heç bir aidiyyatı yoxdur. Bu qabarmalar yolun kənarlarında da müşahidə olunur. Cəmi 2-3 kvadrat metrlik ərazidə bu hal yaşanıb və həmin ərazi qaşınaraq yenidən bərpa olunur.

Bu səbəbdən yolun 200 metrlik hissəsi bağlanıb. Avtonəqliyyat vasitələrinin hərəkəti yardımçı yol vasitəsi ilə təmin edilib”.

Mətbuat katibinin sözlərinə görə, yolda təmir işləri axşam saatlarına kimi başa çatacaq.

Həmçinin oxuyun

Ali məktəblər bu il təhsil haqqını azaldacaq? – AÇIQLAMA

“Ödənişli əsaslarla təhsil alan tələbələrimiz bəzi imtiyazlara görə təhsil haqqından azad idilər. Onların ödənişini dövlət …