Çərşənbə axşamı , Aprel 16 2024
Ana səhifə / Sosial / Bəzi tikinti materialları bir sıra xəstəliklərə yol açır – VİDEO

Bəzi tikinti materialları bir sıra xəstəliklərə yol açır – VİDEO

Bəzi tikinti materialları bir sıra xəstəliklərə yol açır. Bu səbəbdən mütəxəssislər xəbərdarlıq edir.

Tibb üzrə fəlsəfə doktoru Şəmsiyə Namazlı bildirir ki, dekorativ boyaların çoxunda istifadə olunan qurğuşun, xüsusilə sinir sisteminə mənfi təsir edir. Hətta Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən tərkibində qurğuşunun çox olduğu boyalardan  istifadə olunan evlərdə yaşayan uşaqlarda əqli cəhətdən geriləmə olduğu sübuta yetirib.

Elə vətəndaşların özləri də qiymətin ucuz olmasına görə bəzən keyfiyyətsiz məhsullara  üstünlük verdiklərini  deyirlər. Lakin indiyə qədər onlara satıcılar tərəfindən  materialda istifadə edilən kimyəvi maddələr barəsində ətraflı məlumat verilməyib.

Həkim onu da qeyd edir ki, vətəndaşlar satın aldıqları məhsulların sertifikatını tələb etməlidirlər.          

Həmçinin oxuyun

DSMF 2 banka 43 milyon manat ödəyəcək

Dövlət Sosial Müdafiə Fondu (DSMF) tərəfindən keçirilən tender müsabiqəsinin qalibləri məlum olub.Yeniavaz.com xəbər verir ki, tender …