Cümə axşamı , Aprel 25 2024
Ana səhifə / Sosial / Bələdiyyələr “ölü basdırmaqdan” qazanacaqlar

Bələdiyyələr “ölü basdırmaqdan” qazanacaqlar

Torpaq satmaqdan başqa funksiyası olmayan bələdiyyə sektorunun bu işi şəffaf şəkildə həyata keçirəcəyinə inam azdır, amma…

Bir neçə ay əvvəl Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi İqtisadiyyat Nazirliyi ilə birgə qəbiristanlıq və onların salınması ilə bağlı məsələlərin tənzimlənməsi üçün sənəd hazırlayıb. Sənəd Nazirlər Kabinetində təsdiqlənib. Eyni zamanda qəbiristanlıqların sənəddə nəzərdə tutulduğu kimi, bələdiyyələrin balansına keçməsi ilə bağlı müddət göstərilib.

Cəmiyyəti ən çox narahat edən məsələ torpağın pulsuz ayrılmasıdır ki, bu da sənəddə əksini tapıb. Amma onun icra mexanizmi ilə bağlı hər hansı şərh verməyib. Yəni torpağın Bakı qeydiyyatında olanlara pulsuz ayrılması nəzərdə tutulub, yoxsa paytaxtda yaşayan hər kəsə şamil ediləcək. Ümumiyyətlə, məzarlıqların bələdiyyələrin balansına keçməsi nə dərəcədə müsbət nəticə verəcək, bunu demək çətindir. Torpaq satmaqdan başqa funksiyası olmayan və rüşvətə bulaşmış bələdiyyə sektorunun bu işi şəffaf şəkildə həyata keçirəcəyi şübhə doğurur.

Qəbiristanlıqlarda ən aşağı qiymət isə Əhaliyə Vətəndaşlıq Xidməti Tresti tərəfindən müəyyən edilmiş dövlət rüsumlarından bir neçə dəfə bahadır. Trest tərəfindən idarə olunan 32 qəbiristanlıqda uzunluğu 2,4 metr, eni 1,4 metr və dərinliyi 1,4 metr qəbirin yeri üçün 49 manat, qəbirin qazılması, mişar daşları ilə tikilməsi və dəfn olunma proseduru üçünsə materialların qiyməti istisna olmaqla, 63 manat müəyyən edilib. Əgər ölü tabutla dəfn olunursa, qiymət 79 manata qalxır.

bələdiyyələr ile ilgili görsel sonucu

Ramana, Biləcəri, Masazır kimi yerlərdə qəbir evləri ucuzdur, haradasa 700-1200 manat arası bu məsələni həll etmək olar. Məsələn, Hövsanda torpağa tapşırılmaq 800-1000 manatdan aşağı deyil. Binəqədi, Qaraçuxur kimi ərazilərdə hasarlı qəbir evləri 2500-3000 manat civarında dəyişir.

bələdiyyələr ile ilgili görsel sonucu

Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabineti “Naxçıvan Muxtar Respublikasında qəbiristanlıqların salınması və idarə olunması Qaydaları” haqqında qərarı təsdiqləyib.

Qərarı muxtar respublikanın baş naziri Əlövsət Baxşıyev imzalayıb. Qərara əsasən, qəbiristanlıqlar 3 ay müddətində müvafiq bələdiyyələrə təhvil veriləcək. Eyni zamanda qəbiristanlıqların salınmasına, idarə olunmasına, qorunmasına, köçürülməsinə və bağlı elan edilməsinə, həmçinin dəfnlərin dövlət reyestrinin aparılmasına, meyitlərin ekshumasiyasına və cənazələrin daşınmasına dair tələblər müəyyənləşib. Yeni qəbiristanlıqlar isə yalnız qəbiristanlıq köçürüldükdə, bağlı elan edildikdə və ya yeni yaşayış məntəqəsi salındıqda salınacaq. Qəbiristanlıqlar üçün ayrılan torpaq sahəsinin ölçüləri hər 1000 nəfərə (sakinə) 0,24 hektar hesabı ilə müəyyən ediləcək.

bələdiyyələr qəbiristanlıq ile ilgili görsel sonucu

Qəbiristanlıqların məişət (təsərrüfat) içməli su mənbələrinin mühafizə zonalarında, müalicə sağlamlaşdırma yerlərinin və kurortların sanitariya mühafizə zonalarının birinci və ikinci qurşaqlarında, əhali tərəfindən məişət (təsərrüfat), çimərlik və digər mədəni sağlamlıq məqsədləri üçün istifadə olunan dəniz, göl, çay və digər açıq su hövzələrinin sanitariya mühafizə zonalarında, karstlaşmış (suyun təsiri altında torpağı asanlıqla həll olunan süxurlardan ibarət olan sahələrdə relyefin spesifik formaları) və güclü çatlar yaranmış süxurların səthində, həmçinin bataqlıq yerlərində, həddən artıq rütubətli, su saxlayan səthlərin mövcud olduğu ərazilərdə, xüsusi mühafizə olunan təbiət ərazilərində, meşə fondu torpaqlarında, yerin təkində faydalı qazıntılar olan və kənd təsərrüfatına yararlı torpaqlarda, qaz kəmərlərinin və yüksəkgərginlikli elektrik xətlərinin mühafizə zonalarında, dəmir yollarının təhkim zolaqlarında, dövlət və bələdiyyə avtomobil yollarının torpaqlarında salınması qadağan olunub. Eyni zamanda qəbiristanlığın ərazisində su quyularının qazılması və meyvə ağaclarının əkilməsi qadağan edilib.

Bununla yanaşı, qəbiristanlığa girişdə gül köşklərinin, habelə dəfn xidmətlərinin göstərilməsi və qəbirləri ziyarət zamanı tələb olunan digər ləvazimatların satışı üçün köşklərin quraşdırılacaq və qəbiristanlığın fəaliyyəti ilə bağlı bina və qurğular, o cümlədən qəbiristanlığın işçiləri üçün inzibati bina və ya xidməti otaq, sanitar qovşaqlarının, meyitin dəfnə hazırlanması üçün yuyulma yeri tikiləcək.

Qərarda qeyd olunub ki, qəbiristanlığın müdiriyyəti bələdiyyə tərəfindən vəzifəyə təyin və vəzifədən azad olunacaq. Naxçıvan Muxtar Respublikasında yaşayan Azərbaycan Respublikası vətəndaşlarının, Naxçıvan Muxtar Respublikasında olan və ya yaşayan, habelə qaçqın statusu alan əcnəbi və ya vətəndaşlığı olmayan və kimsəsiz şəxslərin dəfn olunması üçün qəbir yerləri qəbiristanlığın müdiriyyəti tərəfindən ödənişsiz ayrılacaq.

Həmçinin oxuyun

Maşın bazarında durğunluğun səbəbi nədir? (VİDEO)

Ötən illə müqayisədə avtomobil bazarında durğunluq müşahidə edilir. Bunu avtomobil bazarına üz tutan insanlarn sayından …