Ana səhifə / Sosial / “Bəzi xarici dairələr çalışırlar ki, Azərbaycan zəif duruma düşsün” – Fərəc Quliyev

“Bəzi xarici dairələr çalışırlar ki, Azərbaycan zəif duruma düşsün” – Fərəc Quliyev

Azərbaycanın həm daxildə, həm də xarici aləmdə böyük uğurların müəllifinə çevrilməsindən narahat olanların mövcudluğu heç kimə sirr deyil. Əvvəlki kimi ölkəmizin daxili və xarici siyasət sahəsində qazandığı uğurlar bəzi qərb dairələrini ciddi narahat edir. Bu səbəbdəndir ki, ölkəmizə qarşı həmin dairələr çirkin təzyiq siyasəti həyata keçirməyə çalışırlar. Hər halda məlum beynəlxalq qeyri-hökumət təşkilatlarının timsalında bunu aydın sezmək mümkündür. Maraqlı cəhət ondadır ki, həmin dairələr Azərbaycan hansısa mühüm beynəlxalq tədbirlərə ev sahibliyi etdiyi ərəfələrdə daha da fəallaşırlar. Onların məkrli niyyətləri məhz bu dövrlərdə daha qabarıq şəkildə üzə çıxır. Bunu 2012-ci ildə Bakıda baş tutan “Eurovision” mahnı yarışması dövründə də müşahidə etdik. Lakin tədbirin uğurla həyata keçirilməsi bu bədxahların niyyətlərini puça çıxardı. Hazırda Azərbaycan yeni bir möhtəşəm tədbirə hazırlaşır. Belə ki, təxminən iki aydan sonra Bakıda I Avropa Yay Oyunlarına start veriləcək. Bu ərəfədə uğurlarımızı gözü götürməyən qüvvələrin yenidən fəallaşdığı hiss olunur. Görəsən, belə vəziyyət nədən qaynaqlanır? Niyə bəzi dairələr Azərbaycanın uğurlarından belə qorxuya düşür?

Millət vəkili Fərəc Quliyev bildirdi ki, xaricdəki müəyyən qüvvələr Azərbaycanı zəiflətməklə, bu vəziyyətdən öz maraqları naminə yararlanmağa çalışırlar: “Azərbaycan geostrateji cəhətdən mühüm bir ərazidə yerləşir. Əslində, dünyanın taleyini həll edən enerji siyasətində də mühüm bir dövlətdir. Ölkəmiz karbohidrogen ehtiyatları ilə zəngindir. Tranzit ölkə olaraq da Azərbaycanın xüsusi rolu vardır. Eyni zamanda dinlərarası dialoq üçün ölkəmizin əhəmiyyəti böyükdür. Bura dil və mədəniyyətlərin qovuşduğu bir məkandır. Ona görə də burada böyük güclərin savaşı və öz mənafelərini təmin etmək üçün yarışı gözləniləndir. Sürpriz bir şey yoxdur. Bütün dövlətlərin dostu olduğu kimi düşmənləri də var. Düşmənlərimiz ölkəmizi zəif salmaq üçün müəyyən tədbirlər görməyə çalışır. Əlbəttə, dostların gördükləri çirkin əməllər deyil, onlar rəqabət aparırlar, amma düşmənlərimiz bütün vasitələrlər Azərbaycanı yıxmağa çalışır. Çalışırlar ki, Azərbaycan zəif duruma düşsün ki, onun bu vəziyyətindən istifadə edə bilsinlər, pressinq imkanları olsun. Bu gözləniləndir, siyasətin əlifbasıdır. Hesab edirəm ki, Azərbaycan ayaq üstə dura bilən bir ölkədir. Artıq kənardan çox az səviyyədə asılı qalmışıq. Ona görə də belə məsələlər ölkəmiz üçün sürpriz deyil”.

Həmçinin oxuyun

Başı yarılan uşağa yardım etməyən həkimlərlə bağlı qərar verildi

Jurnalist Məhərrəm Əliyev bir neçə gün öncə qardaşı oğlunun başından xəsarət aldığını, lakin xəstəxanaların heç …

Bir cavab yazın