Çərşənbə , İyun 26 2019
Ana səhifə / Sosial / Bəzi rayonlarda sürüşmə sahələri aktivləşib: Təhlükə var (VİDEO)

Bəzi rayonlarda sürüşmə sahələri aktivləşib: Təhlükə var (VİDEO)

Astarada sürüşmə zonalarında aktivlik yaranıb. Torpaq qatı sürüşərək evlərin ətrafına yayılıb.
Söhbət Astaranın Miki kəndindən gedir. Son günlər yağan aramsız yağışlar cənub bölgəsindəki sürüşmə zonalarında aktivliyi artırıb. Kənddə torpaq qatı ağaclarla birlikdə sürüşərək evlər üçün təhlükə yaradıb.
Torpaq qatının sürüşməsi nəticəsində bir neçə yaşayış evinin divarlarında çatlar əmələ gəlib.
Məsələ ilə bağlı adiyyəti qurumlar da məlumatlandırılıb. Rayon Fövqəladə Hallar Komissiyasının əməkdaşları hadisə yerinə baxış keçiriblər.
Ərazidə sürüşmə aktivliyinin kəşfiyyatı aparıldıqdan sonra müvafiq tədbirlər göürüləcək.
İntensiv yağışlar Ağstafadanın Köçəsgər kəndində də sürüşmə zonalarını aktivləşdirib. Kəndin iki hissəsini birləşdirən əsas yol uçub. İkinci yol da yararsız haldadır.
Yağıntıların səbəb olduğu torpaq sürüşməsi günü-gündən artır.
Ağstafanın baş memarı Sənan Mustafayev “Xəzər Xəbər”ə bildirid ki, aktiv sürüşmə sahəsi ilə bağlı Nazirlər Kabinetinə müraciət edilib. Müraciət əsasında müvafiq qurumlara tapşırıq verilib və yaxın vaxtlarda ərazidə meliorativ tədbirlər görüləcək.

Həmçinin oxuyun

Nazirlikdən Aprel şəhidi hərbçilərin övladlarına böyük jest – FOTOLAR

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında İnnovasiyalar Agentliyinin təşkilatçılığı, “Mars Academy”, AREA-Azərbaycan Robototexnika Mühəndisliyi …