Çərşənbə , May 22 2019
Ana səhifə / Sosial / “Bəzi adamlar rayonumuzda gedən quruculuq işlərinə düzgün qiymət vermir” – Rayon sakinlərindən etiraz

“Bəzi adamlar rayonumuzda gedən quruculuq işlərinə düzgün qiymət vermir” – Rayon sakinlərindən etiraz

Azinforum.az xəbər verir ki, Qazaxdan bir qrup şəxs “Yeni Müsavat”a yazılı müraciət edərək 21 iyun tarixində qəzetdə Azər Məmmədlinin rayon icra hakimiyyətindən şikayətinə münasibət bildiriblər.
Müraciət edən şəxslər qeyd ediblər ki, Azər Məmmədlinin fikirləri böhtandır və heç bir fakta  əsaslanmır. Məlumat üçün qeyd edək ki, Azər Məmmədli şikayətində rayonda 54 hektar meşə sahəsinin məhv edildiyini  bildirmişdi. O, şikayətində rayonun icra başçısının ünvanına ittihamlar səsləndirmişdi.
Qəzetə göndərilən yazıda bildirilir: “Çox təəssüf ki,  Qazağın inkişafını bəzi gözü götürməyənlər rayonumuza qarşı qarayaxma məqsədilə mətbuat orqanlarında çıxış edir, əsassız olaraq şər və böhtanlar yazırlar. Azər Məmmədlinin şikayəti əsasında çap olunan ”Qazağın icra başçısına ittiham – “meşəni qırdırır” başlıqlı yazı rayon ictimaiyyəti tərəfindən narazılıqla qarşılanıb. Çünki yazı başdan-başa yalandır və heç bir fakta əsaslanmayıb. Rayonumuzun tərəqqisi əhalinin öz doğma torpağına daha da bağlanması və nəticədə əhalinin sayının artmasına səbəb olub. Əhali nəinki rayon mərkəzində məskunlaşır, hətta sərhəd kəndlərinə belə qayıdır, öz doğma ocaqlarında asudə həyatlarını yaşayırlar. Bu səbəbdən də rayonumuzda, xüsusən də rayon mərkəzində yeni həyətyanı torpaq sahələrinə böyük ehtiyac duyulurdu və bu problem illərdən bəri öz həllini gözləyirdi. Rayon icra hakimiyyətinin başçısı  Rəcəb Babaşovun bu məsələnin həll olunması istiqamətində əməli işləri həyata keçirməsi sayəsində şəhər ərazisindəki torpağın təyinatı aidiyyəti nazirliklər tərəfindən verilən rəylər əsasında Nazirlər Kabinetinin qərarına uyğun olaraq dəyişdirilib və həyətyanı torpaq sahəsi kimi əhalinin istifadəsinə verilib. İllərdən bəri problem olaraq qalan bu məsələnin həll olunması rayon sakinləri tərəfindən böyük razılıq hissi ilə qarşılanıb. Təəssüf ki, bəzi insanlar hazırda rayonumuzda gedən böyük quruculuq işlərinə düzgün qiymət vermir, görülən işlərə kölgə salmağa çalışırlar. Onlar öz çirkin məqsədlərinə çatmaq üçün rayon icra başçısının təşəbbüsü ilə rayon əhalisinin öz yaşayış şəraitinin yaxşılaşdırılması məqsədilə ayrılmış 54 hektar torpaq sahəsinə mənfi mövqedən yanaşaraq, yanlış fikirlər yaratmağa səy göstərirlər”.

Həmçinin oxuyun

“Tarqovı”ya giriş 7 günlük qadağan edilir – Vətəndaşlara xəbərdarlıq

Mayın 25-dən 31-dək “Tarqovı”, İstiqlaliyyət küçəsi və Fəvvarələr meydanına vətəndaşların girişi məhdudlaşdırılacaq. Verilən məlumata görə, …