Ana səhifə / Sosial / Bərdənin baş memarı vəzifəsindən azad olunub

Bərdənin baş memarı vəzifəsindən azad olunub

Bərdə Rayon İcra Hakimiyyətində (RİH) kadr dəyişikliyi olub.

“Report”un Qarabağ bürosunun məlumatına görə, RİH-in Memarlıq və Tikinti Şöbəsinin müdiri, baş memar Rəşid Salman oğlu Süleymanov tutduğu vəzifədən azad olunub.

RİH-in başçısı Vidadi İsayevin sərəncamı ilə həmin vəzifəyə Toğrul Fəxrəddin oğlu Şadlinski təyin edilib. T.Şadlinski bu vəzifəyə qədər Memarlıq və Tikinti şöbəsində aparıcı-məsləhətçi vəzifəsində calşıb.

Qeyd edək ki, R.Süleymanov səhhətində yaranmış problemlərə görə, öz ərizəsi ilə vəzifəsindən azad olunub. O, 2011-ci ildən bu vəzifədə çalışıb.

Həmçinin oxuyun

“Vəziyyətimiz acınacaqlıdır, Kəlbəcərə qayıtmaq istəyirik, adımızı siyahıya salmırlar”

Kəlbəcərin Ağdaban kəndindən olan Sadiq Məmmədov deyir ki, 30 ildən çoxdur qazı, şəraiti olmayan yataqxanada …

Bir cavab yazın