Çərşənbə axşamı , İyun 18 2019
Ana səhifə / Sosial / Bərdədəki dəhşətli qəzanın görüntüləri yayıldı – VİDEO

Bərdədəki dəhşətli qəzanın görüntüləri yayıldı – VİDEO

İyunun 7-də Bərdə rayon ərazisində baş verən dəhşətli qəzanın görüntüləri yayılıb. Sosial şəbəkədə yer alan görüntülərdə “Qazel” markalı yük avtomobillərinin toqquşması əks olunub. 
Hadisədən dərhal sonra avtomobillərdən biri alışıb. 
Qeyd edək ki, 1995-ci il təvəllüdlü Elvin Mirzəyev və 1983-cü il təvəllüdlü Elnur Gülməmmədovun idarə etdikləri “Qazel” markalı yük avtomobillərinin toqquşması zamanı baş vermiş yanğın nəticəsində xəsarət alan İlyas Gülməmmədov və Nizami Əliyev dünyasını dəyişib.
Aparılmış istintaqla hadisənin Elvin Mirzəyev tərəfindən yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını kobud surətdə pozularaq törədilməsinə əsaslı şübhələr müəyyən edildiyindən o, şübhəli şəxs qismində saxlanılıb.(oxu.az)

Həmçinin oxuyun

Pirşağıda dənizi hasarlayıb, pulsuz çimərliyə buraxmırlar – Video

Xəzər dənizinin Pirşağı qəsəbəsi ərazisinə düşən çimərlik hissəsi kasıb əhalinin üzünə bağlanıb. “Yeni Sabah”ın redaksiyasına …