Bazar ertəsi , Oktyabr 26 2020
Ana səhifə / Sosial / Bərdə doğum evində 4 körpə öldü – VİDEO

Bərdə doğum evində 4 körpə öldü – VİDEO

Son günlər Bərdə doğum evində doğuş zamanı bir neçə ölüm faktı baş verib.

Belə ki, təkcə son on gündə 4 körpə ölüb.Səhiyyə Nazirliyindən bildirilib ki, hazırda qeyd olunan faktların səbəbləri həm nazirlik, həm də Bərdə rayon prokurorluğu tərəfindən araşdırılır.
Bərdə rayon mərkəzi xəstəxanasının baş həkimi Rəna Mustafayeva bildirib ki, xəstəxanaya yerləşdirilən zaman qadınlar ultrasəs müayinəsindən keçib və döldə uşaqların ölü olduğu müəyyən olunub. Qadınların ikisi Tərtər, biri isə Ağcabədi rayonundandır.

Baş həkimin sözlərinə görə, Bərdə rayon doğum evi ikinci dərəcəlidir. Bu səbəbdən regionun ağır xəstə olan hamilələri bu doğum evinə gətirilir. 
Həkim bildirib ki, vəziyyətləri ağır olan anaların bətnindən ölü döl xaric edilib.

Uşaqların tələf olması faktı ilə bağlı Səhiyyə Nazirliyindən də bildirilib ki, uşaqlar xəstəxanaya ana bətnində ölü daxil olublar. Bildirilib ki, hadisələrə dair məlumatlar Bərdə rayon Hüquq mühafizə orqanlarına verilib. Nazirliyin Doğuşayardım Komissiyası və Bərdə rayon hüquq mühafizə orqanları birgə araşdırma aparır. Bərdə rayon xəstəxanasıa valideynlərin heç birindən şikayət daxil olmadığı bildirilir.

Həmçinin oxuyun

Azərbaycanda rekord sayda koronavirusa yoluxma

Azərbaycanda koronavirusa (COVID-19) 946 yeni yoluxma faktı qeydə alınıb, 228 nəfər müalicə olunaraq sağalıb və evə …