Bazar ertəsi , İyul 13 2020
Ana səhifə / Sosial / Bərbərxana və gözəllik salonları üçün onlayn növbə sistemi yaradılır

Bərbərxana və gözəllik salonları üçün onlayn növbə sistemi yaradılır

Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) bərbərxana və gözəllik salonu fəaliyyəti ilə məşğul olan sahibkarlıq subyektləri ilə onlayn görüş keçirib.

Görüşdə bərbərxana və gözəllik salonları üçün onlayn növbə sisteminin yaradılmasına, bu sistemin tətbiqi imkanlarına dair müzakirələr aparılıb.

Həmçinin, onlayn görüş çərçivəsində KOBİA-nın nümayəndələri xidmət sektorunda, o cümlədən bərbərxana və gözəllik salonlarında zəruri sosial davranış qaydalarına və sanitar-epidemioloji tələblərə riayət edilməsinin, işçilər və müştərilər üçün lazımi şərait yaradılmasının və qoruyucu vasitələrdən (əlcək, tibbi maska, dezinfeksiyaedici materiallar və s.) istifadənin vacibliyini diqqətə çatdırıb, xidmət sahələrində koronavirus (COVID-19) infeksiyasının yayılmasının qarşısının alınması profilaktikasına dair metodiki göstərişlər barədə məlumat veriblər.

Həmçinin oxuyun

Azərbaycanda virusla bağlı son açıqlama: “Nəticə var” – Rəsmi

“Əhalinin say tərkibinə, xəstələnənlərin sayına, digər ölkələrin və Ümumdünya Səhiyyə Təşkilatının statistikalarına baxanda demək olar …