Bazar , Yanvar 23 2022
Ana səhifə / Sosial / “Bəlkə də “Omicron” ştammı ilk dəfə Azərbaycanda yayılıb” – Həkim

“Bəlkə də “Omicron” ştammı ilk dəfə Azərbaycanda yayılıb” – Həkim

“Omicron” koronavirusun bir ştammıdır. Koronavirus mövcud olduqca virusun yeni ştammları yaranacaq”.

Bu sözləri Yenisabah.az-a açıqlamasında həkim-terapevt Rasif Bağırov söyləyib.

Onun sözlərinə görə, yeganə çarə peyvənddir:

““Omicron” haqqında Ümumdünya Səhiyyə Təşkilatının və dünya ölkələrinin hələ ki vahid bir fikri yoxdur. Bu növün ağır, yoxsa yüngül olduğu da hələ bilinmir. Alimlərin ümumi fikri ondan ibarətdir ki, yeni növ digər növlərlə eynidir. Kifayət qədər immuniteti olan, peyvənd prosesindən keçən şəxslər xəstəliyi yüngül keçirəcək”.

Virusun yeni növü Azərbaycanda yayılsa, karantin ola bilərmi?

“Bu günə qədər Azərbaycanda virusla bağlı araşdırma aparılmayıb. Bilinmir yeni növ var, ya yox. Modul tipli xəstəxanalar hazırlanıb, onların heç birində tədqiqat aparılmır. Ümumiyyətlə, modul tipli xəstəxanalarda 6-cı kurs tələbələri müalicə həyata keçirirlərsə, hansı araşdırmalardan söhbət gedə bilər?!

Bəlkə də “Omicron” ştammı ilk dəfə Azərbaycanda yayılıb, həkimlərimiz müalicə də edib, lakin araşdırma olmadığı üçün heç kim bilməyib ki, bu, yeni virus növüdür”.

Həmçinin oxuyun

Təqaüddə olan hərbçilər pensiyalarının azaldılmasına görə nazirliyi ittiham edirlər

Hərbi təqaüdçülər – ehtiyatda olan hərbçilər Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) “Əmək pensiyaları …