Şənbə , Oktyabr 24 2020
Ana səhifə / Sosial / BƏƏ Azərbaycana humanitar yardım göndərdi – FOTO

BƏƏ Azərbaycana humanitar yardım göndərdi – FOTO

Koronovirusun (COVID-19) yayılmasının qarşısını almaq istiqamətində dəstək məqsədilə Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) hökumətinin qərarı ilə iyunun 21-də bu ölkənin Etihad Hava Yollarına məxsus karqo təyyarəsi ilə Azərbaycana 11 ton tibbi ləvazimat və xəstələr üçün faraş kənd təsərrüfatı məhsullarından ibarət humanitar yardım göndərilib.

Bu barədə Azərbaycanın Birləşmiş Ərəb Əmirliklərindəki səfirliyi məlumat yayıb.

Bildirilib ki, humanitar yardımın Əbu-Dabi beynəlxalq hava limanında ölkəmizə yola salınması mərasimində səfir Mahir Əliyev, BƏƏ-nin Azərbaycandakı səfiri Məhəmməd Əhməd Əl Qubeysi, BMT-nin BƏƏ-dəki əlaqələndiricisi Dr. Dena Assaf, həmçinin BƏƏ Xarici İşlər və Beynəlxalq Əməkdaşlıq Nazirliyinin beynəlxalq humanitar yardım idarəsinin rəisi Raşed Məhəmməd Humeri, protokol idarəsinin rəis müavini və BƏƏ Səhiyyə Nazirliyinin nümayəndəsi iştirak ediblər.

Qeyd edib ki, BƏƏ hökuməti bu günədək koronovirusdan (COVID-19) əziyyət çəkən 66 ölkəyə 935 ton humanitar yardım göndərib.

Həmçinin oxuyun

Polis və Daxili Qoşunların əməkdaşları gücləndirilmiş iş rejimində xidmət aparır

Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən karantin qaydalarının yenidən sərtləşdirilməsi ilə bağlı qəbul edilmiş qərara …