Cümə axşamı , Mart 28 2024
Ana səhifə / Sosial / Azyaşlılardan böyüklərə örnək çağırış – VİDEO

Azyaşlılardan böyüklərə örnək çağırış – VİDEO

Ağdaşda bir qrup azyaşlı qeyri-adi və diqqət çəkən aksiya keçirib. Onlar təbiəti hifz etmək, çirkləndirmənin qarşısını almaq, heyvanları qorumaq üçün şüarlar yazılmış kağızları kənd ərazisindəki müxtəlif yerlərə yapışdırıblar.

Oxu.Az bu barədə “Xəzər” TV-yə istinadla məlumat yayır.

Aksiya rayonun Gülbəndə kənd sakini 12 yaşlı Şahanə Zakirovanın ideyası olub. Bu aksiyaya iki bacısı və əmisi uşaqları da qoşulub. Azyaşlı uşaqlar qısa vaxtda yaşadıqları Gülbəndə kəndində bir neçə küçədə bu cür şüarlar yapşdırıblar.

Məqsəd isə inasanları bu cür hərəkətlərə yol verməkdən çəkindirmək və maarifləndirmə işi aparmaqdır.

Balacalar öz kəndləri ilə yanaşı, digər qonşu kəndlərdə də bu aksiyanı davam etdirəcəklər.

Həmçinin oxuyun

“OMİD” 10 min manatədək cərimə oluna bilər – Məhkəmə davam edir

Azərbaycanda inşaat mallarının topdan və pərakəndə satışı üzrə ən böyük satış mərkəzlərindən birinə sahiblik edən …