Cümə axşamı , Sentyabr 23 2021
Ana səhifə / Sosial / AzTV-nin rejissoru koronavirusdan vəfat etdi

AzTV-nin rejissoru koronavirusdan vəfat etdi

Mədəniyyət kanalının Ədəbi Dram Verilişləri Baş redaksiyasının rejissoru Arzu Məmmədova (Mövlud) koronavirusdan vəfat edib.

Belə ki, onda qəfildən boğulma yaranıb və çox keçmədən həyatını itirib.
Məlumata görə, o bir müddət əvvəl virus əleyhinə vaksinasiya olunubmuş.
Rejissorun iş yoldaşlarının bildirdiyinə görə, onun həyat yoldaşı da ağır vəziyyətdə xəstəxanada müalicə olunur.

Qeyd edək ki, Arzu Mövlud Azərbaycanın Xalq artisti, Prezidentin fərdi təqaüdcüsü, Müdafiə Nazirliyinin Hərbi Orkestrinin Solisti Zümrüd Məmmədovanın bacısıdır.

Həmçinin oxuyun

Sənədsiz evlərin qeydiyyatı nə yerdədir? – VİDEO

Ölkə üzrə sənədsiz fərdi yaşayış evlərinin uçota alınması davam etdirilir. Artıq 100 minlərlə mənzilin inventarlaşdırılması …