Bazar ertəsi , Yanvar 30 2023
Ana səhifə / Sosial / AzTV-nin binasında tavan çöküb: dağıntılar altında qalan var

AzTV-nin binasında tavan çöküb: dağıntılar altında qalan var

“Azərbaycan Televiziya və Radio Verilişləri” QSC-nin inzibati binasında bədbəxt hadisə baş verib.

Bu barədə qurumun Sosial media və ictimaiyyətlə əlaqələr şöbəsi məlumat yayıb.

Məlumata görə, bu gün axşam saatlarında QSC-nin ərazisində olan üçmərtəbəli binada otaqlardan birinin tavanı çöküb, nəticədə televiziyanın bir əməkdaşı xəsarət alıb.

Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin xilasediciləri cəlb olunub. Dağıntılar altında qalan əməkdaşın çıxarılması istiqamətində iş aparılır.

Həmçinin oxuyun

Sabah hava necə olacaq?

Bakıda və Abşeron yarımadasında yanvarın 30-da dəyişkən buludlu olacağı, arabir tutulacağı, gün ərzində əsasən yağmursuz …