Sosial şəbəkədə biz:

Azərbaycanda 185 min evdə internet yoxdur

Azərbaycanda 185 min evdə internet yoxdur

Ötən il ölkədə mövcud olan ev təsərrüfatlarının 7,6%-də internet olmayıb.
Yeniavaz.com açıqlanan rəsmi göstəricilərə istinadən xəbər verir ki, əvəlki illərlə müqayisədə internetin olmadığı evlərin sayı azalıb.
Belə ki, 2023-cü ildə ölkədəki ev təsərrüfatlarının 17,8%-də, 2022-ci ildə isə 21,2%-də internet olmayıb.
Qeyd edək ki, internetin olduğu evlərin sayı artsa da, kompüterin olduğu evlərin sayı azalıb. 2023-cü ildə ölkədəki ev təsərrüfatlarının 23,6%-də kompüter olmadığı halda, ötən il bu göstərici 34,2%-ə yüksəlib.
Məlumat üçün bildirək ki, bu ilin əvvəlində Azərbaycan əhalisinin sayı 10 milyon 224,9 min nəfər olub. Hər ev təsərrüfatında orta hesabla 4,19 nəfər olduğunu nəzərə alsaq, o zaman ölkədə təxminən 2 milyon 440 min ev təsərrüfatı mövcuddur. Bu da, o deməkdir ki, təxminən 185 minə yaxın evdə internet yoxdur.


Yazar

AZİNFORUM.AZ İNFORMASİYA PORTALI

“AZİNFORUM.AZ İNFORMASİYA PORTALI” MMC. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

SOSİAL ŞƏBƏKƏDƏ BİZ

Mobil App Yüklə

Mobil app yükləyərək daha asan xəbərdar ol