Hələ ötən ilin əvvəllərindən Azərbaycanın ən böyük və tanınmış enerji
tikinti şirkətlərindən olan “Azenco” ASC-nin maliyyə durumunun
ağırlaşması barədə məlumatlar yayılmışdı.
Bunun
əsas səbəbi isə bu şirkətin sahibi olduğu bildirilən Azərenerji”
ASC-nin prezidenti Etibar Pirverdiyevin vəzifədən azad edilməsindən
sonra “Azenco”-nun dövlətin iri layihələrindən pay ala bilməməsi
göstərilirdi.
Mətbuatda
sözügedən şirkətdə xeyli sayda işçinin ixtisara salındığına dair
məlumatlar yayılmışdı. İndi isə məlum olur ki, şirkət artıq işçilərinə
əmək haqqı verməkdə də ciddi çətinliklərlə üzləşib. Belə ki,
“AzPolitika.info”-ya müraciət edən şirkətin bir qrup işçisi 2 aydır
“Azenco”-dan maaş ala bilmədiklərini qeyd edir və bu problemin ölkə
rəhbərliyi səviyyəsində qaldırılmasını xahiş edirlər.
Müraciətdə
“Etibar Pirverdiyev vəzifəsindən çıxarılandan sonra “Azərenerji” bizə
iş vermir” deyə qeyd olunur. Bu, E.Pirverdiyev postunu itirəndən sonra
şirkətin dövlət sifarişlərindən məhrum edildiyini təsdiqləyir.
Xatırladaq
ki, “Azenco” uzun müddət enerji sektorundakı iri layihələri həyata
keçirib, bu layihələrin baş podratçısı və subpodratçısı olub. “Mərkəzi
İstehsal Təmir” müəssisəsinin 2000-ci ildə özəlləşdirilərməsi
nəticəsində yaranan “Azenko” Etibar Pirverdiyev «Bakıelektrikşəbəkə»
Açıq Tipli Səhmdar Cəmiyyətinin sədri postunu tutan dövrdən sürətlə
böyüməyə başlayıb və enerji sektorundakı layihələrin həyata
keçirilməsində faktiki olaraq inhisarçı şirkətə çevrilib.
E.
Pirverdiyevin “vurulmasınadək” elektroenergetika sənayesinin bütün
layihələrində iştirak edən “Azenco” “Dövlət Bayrağı Meydanı” və “Bakı
Kristal Hall” layihələrinin tikintisini də həyata keçirib.
2018-ci
ilin sentyabrında E.Pirverdiyev “Azərenerji”-nin prezidenti vəzifəsini
itirdikdən sonra “Azenco”ya yeni layihələrin verilməsi dayandırılıb və
şirkətin “qara günləri” başlayıb. Lakin göründüyü kimi, bu prosesdən
sözügedən şirkətin sahibindən daha çox sıravi əməkdaşları, fəhlələr
əziyyət çəkirlər.
Həmçinin oxuyun
Adı məktəblilərin zəhərlənməsində hallanan şirkət bu dəfə DİM-ə yemək satacaq
Dövlət İmtaham Mərkəzi (DİM) tərəfindən keçirilən tender müsabiqəsinin qalibi “TAİS-İKF” MMC (VÖEN-1400019741) olub.Yeniavaz.com xəbər verir ki, …