Çərşənbə , Aprel 24 2024
Ana səhifə / Sosial / Azay Quliyevin namizədliyi 8 saylı dairədən rəsmən irəli sürüldü

Azay Quliyevin namizədliyi 8 saylı dairədən rəsmən irəli sürüldü

“Gələcəyə inamla” Təşəbbüs Qrupu yaradıldı; DSK-ya təqdim olunması üçün səlahiyyətli nümayəndələr seçildi

Sentyabrın 16-da 8 saylı Binəqədi birinci seçki dairəsi ərazisində yaşayan elm xadimləri, gənclər, QHT təmsilçiləri, Qarabağ qaziləri və veteranları, media mənsubları və digərləri  01 noyabr 2015-ci il tarixdə Azərbaycan Respublikasının Milli Məclisinə keçiriləcək seçkidə Azay Quliyevin namizədliyinin irəli sürülməsi ilə əlaqədar “Seçicilərin Təşəbbüs Qrupu”nu yaradıblar.
Təşəbbüs Qrupunda təmsil olunan ziyalılar və ictimaiyyət nümayəndələri  çıxış edərək Azay Quliyevin deputatlığa namizədliyini  dəstəkləyərək onun ötən on ildə  uğurlu deputatlıq fəaliyyəti, ölkənin ictimai-siyasi həyatında yaxından iştirakı, Azərbaycanın milli maraqlarının beynəlxalq aləmdə müdafiəsi istiqamətində gördüyü işlərdən danışıblar.
İclasda çıxış edən millət vəkili Azay Quliyev TQ-nun üzvlərinə təşəkkürünü bildirib və göstərilən etimadı doğrultmaq üçün bütün gücü ilə çalışacağını deyib. Millət vəkili vəzifəsinin böyük məsuliyyət olduğunu bildirən A.Quliyev növbəti dəfə seçicilərin etimadını qazanacağı halda indiyədək olduğu kimi bundan sonra da yalnız bu tribunadan vətəndaşların hüquq və mənafelərinin qorunması,  milli maraqlarımızın təminatına  və ölkəmizin inkişafına töhfə vermək üçün istifadə edəcəyini vurğulayıb.
Toplantıda Azay Quliyevin dəstəkləmək üçün yaradılan təşəbbüs qrupunun adının  “Gələcəyə inamla” olması yekdilliklə qəbul edilib. Daha sonra müvafiq sənədlərin DSK-ya təqdim olunması üçün  səlahiyyətli nümayəndələr seçilib.

 

Həmçinin oxuyun

Birinci sinfə qəbul üzrə prioritet məktəblər – SİYAHI

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki ümumi təhsil müəssisələri üzrə I sinfə qəbul prosesində prioritet …

Bir cavab yazın