Çərşənbə axşamı , Aprel 16 2024
Ana səhifə / Sosial / Azay Quliyev Monqolustana gedir

Azay Quliyev Monqolustana gedir

Milli Məclisin deputatı Azay Quliyev Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının (ATƏT) Parlament Assambleyasının payız sessiyasında iştirak etmək üçün sentyabrın 15-də Monqolustanın paytaxtı Ulan Bator şəhərinə səfər edəcək.
“ATƏT ərazisində və ondan kənarda təhlükəsizlik problemlərinin həlli: regional əməkdaşlıqda parlamentlərin rolunun gücləndirilməsi” sessiyanın əsas mövzusu olacaq. Tədbirin açılış mərasimində Monqolustan Prezidenti və ölkə Parlamentinin sədri iştirak edəcəklər.
Toplantıda regional təhlükəsizlik, terrorizm və insan alveri ilə mübarizədə ATƏT-in rolu, regionda iqtisadi çətinliklər, qida təhlükəsizliyi, suyun idarəçiliyi ilə bağlı beynəlxalq təşkilatlarla əməkdaşlıq, demokratik təsisatların inkişafı, insan hüquqları, media azadlığı, dini dözümlülük, gender bərabərliyi məsələləri müzakirə olunacaq.
Sessiya çərçivəsində ATƏT PA-nın Daimi komitəsinin iclası olacaq. Həmçinin “Mərkəzi Asiya” adlı dəyirmi masanın keçirilməsi nəzərdə tutulub.
Səfər sentyabrın 20-də başa çatacaq.

Həmçinin oxuyun

DSMF 2 banka 43 milyon manat ödəyəcək

Dövlət Sosial Müdafiə Fondu (DSMF) tərəfindən keçirilən tender müsabiqəsinin qalibləri məlum olub.Yeniavaz.com xəbər verir ki, tender …

Bir cavab yazın