Cümə axşamı , Mart 28 2024
Ana səhifə / Sosial / Azay Quliyev gənc seçiciləri ilə görüşüb (FOTO)

Azay Quliyev gənc seçiciləri ilə görüşüb (FOTO)

Bu gün deputat Azay Quliyev seçicisi olan gənclərlə Binəqədi rayonunda görüş keçirib.

Azinforum.az məlumatına görə, 2 fevral – Gənclər Gününün elan olunmasından ötən 20 il ərzində ölkəmizin böyük inkişaf yolu keçdiyini deyən A.Quliyev dövlətimizin gənclərə olan qayğısı haqqında danışıb.

Deputat Azərbaycan müstəqillik əldə etdikdən sonra gənclər hərakatının formalaşma mərhələləri, Ulu Öndər Heydər Əliyevin təşəbbüsü ilə 2 fevral 1996-cı ildə birinci Gənclər Forumunun keçirilməsi, bu tarixi proses haqqında xatirələrini bölüşüb.

A.Quliyev Leyla Quliyeva, Fidan Axundova, Nurlan Hacıyev, Sona Quliyeva və digər gənclərin beynəlxalq əməkdaşlıq proramlarında iştirak, multikutralizm sahəsində həyata keçirilən layihələr, beynəlxalq münasibətlərdə ikili standartların tətbiqi, gənclərin könüllülük mübadiləsi, təhsil və digər mövzularda suallarını cavalandırıb.

Gənclər çıxış edərək təhsilində və ictimai fəaliyyətində fərqlənən bir qrup gəncin valideyninə Gənclər Günü münasibətilə ünvanladığı məktuba görə deputatları A.Quliyevə təşəkkürlərini bildiriblər.

A.Quliyev görüşdə müzakirə olunan məsələlərin icrası və gənclərin irəli sürdüyü məsələlərin həlli ilə bağlı təkliflərini verib.

Həmçinin oxuyun

“OMİD” 10 min manatədək cərimə oluna bilər – Məhkəmə davam edir

Azərbaycanda inşaat mallarının topdan və pərakəndə satışı üzrə ən böyük satış mərkəzlərindən birinə sahiblik edən …

Bir cavab yazın