Ana səhifə / Sosial / AZAL və “Buta Airways”in saytında aviabiletlərin onlayn bron edilməsi ilə bağlı xəbərdarlıq

AZAL və “Buta Airways”in saytında aviabiletlərin onlayn bron edilməsi ilə bağlı xəbərdarlıq

AZAL və “Buta Airways” aviaşirkətlərinin rəsmi internet saytında aviabiletlərin onlayn bron edilməsi zamanı nasazlıqlar yarana bilər.

AZAL QSC və “AzeriCard” prosessinq mərkəzindən verilən məlumata görə, onlayn ödənişi dəstəkləyən tərəfdaşla “AzeriCard” prosessinq mərkəzi arasında miqrasiya proseslərinin əlaqəsində qismən fasilələr müşahidə olunur.

Mərkəz tərəfindən texniki nasazlıqların operativ şəkildə aradan qaldırılması üçün bütün zəruri tədbirlər həyata keçirilir.

“Hazırda tərəfdaş “PayOn” vasitəsilə ödəniş zamanı çətinliklər yarana bilər. Bununla əlaqədar olaraq, mənfi halların qarşısının alınması üçün AZAL ilə birbaşa inteqrasiya nəzərdən keçirilir”, – deyə “AzeriCard”dan bildiriblər.

Aviabiletlərin onlayn alınması zamanı yaranan problemlərlə bağlı [email protected] və [email protected] çağrı mərkəzinə və ya “WhatsApp” nömrələrinə müraciət edilməlidir: +994 70 437 40 82 (Azərbaycan Hava Yolları) və +994 70 437 40 86 (Buta Airways).

Yaranmış narahatlığa görə AZAL və “AzeriCard” prosessinq mərkəzi sərnişinlərdən üzr istəyir.

Həmçinin oxuyun

Başı yarılan uşağa yardım etməyən həkimlərlə bağlı qərar verildi

Jurnalist Məhərrəm Əliyev bir neçə gün öncə qardaşı oğlunun başından xəsarət aldığını, lakin xəstəxanaların heç …