Cümə axşamı , Aprel 18 2024
Ana səhifə / Sosial / AZAL-ın çökən xidmət şəbəkəsi: Qurum milyonları hara xərcləyir?

AZAL-ın çökən xidmət şəbəkəsi: Qurum milyonları hara xərcləyir?

“Azərbaycan Hava Yolları”nın (AZAL) saytında (azal.az) yenə problem yaşanıb.

Aviabiletlərin bronlaşdırılması və alınması əməliyyatları həyata keçirilə bilmir.

Qurumdan məsələ ilə bağlı Yenicag.az-a bildirilib ki, aviabiletlərin bronlaşdırılması və alınması ilə bağlı yaranmış problemlərlə əlaqədar olaraq “Azərbaycan Hava Yolları” və “Buta Airways” aviaşirkətlərinin rəsmi saytlarında texniki işlər aparılır və tezliklə biletlərin bronlaşdırılması, alınması prosesi ştat rejimində bərpa olunacaq.

Qeyd edək ki, sözügedən problem cari ilin may ayının 5-də də yaranmışdı.

Maraqlıdır ki, AZAL-da qiymətlər baha olsa da, vətəndaşlara doğru-dürüst xidmət göstərilmir və şirkətin ziyanla işlədiyi açıqlanır. Belə ki, cari ayda avaiaşirkətin 2020-ci ili 76,4 milyon manat zərərlə başa vurduğu açıqlanmış, bu da ictimaiyyət arasında etirazla qarşılanmışdı.

Xatırlatmaqda fayda fayda var ki, ölkə başçısı İlham Əliyev də AZAL-la bağlı narazılığını dilə gətirmiş, “AZAL-ın bütün təyyarələri dövlət tərəfindən alınıbdır. Bütün aeroportlar dövlət tərəfindən tikilibdir. Bəs, bunun dövlətə verdiyi mənfəət, gəlir nədir? Bu təyyarələr alınır, onlar istismar edilir. Bəs, bunun gəliri haradadır? Bu, nə vaxt ödəniləcək, götürdüyü kreditləri gərək dövlət zəmanəti hesabına sonra biz ödəyək?” – deyə qeyd etmişdi.

Həmçinin oxuyun

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi

Elm və Təhsil Nazirliyi “Şərq-Qərb” ASC (VÖEN – 2000043631) ilə 1 milyon 996 min 500 …