Cümə axşamı , Aprel 25 2024
Ana səhifə / Sosial / AZAL-da korrupsiya yoxlamaları başladı

AZAL-da korrupsiya yoxlamaları başladı

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyindən xüsusi yoxlama qrupu Azərbaycan Hava Yolları Dövlət Konserndə (AZAL) yoxlamalara başlayıb.

Bu barədə Gununsesi.info-ya AZAL-dan bildirilib. Məlumata görə, son bir neçə ili əhatə edən kompleks yoxlamanın 2 ay çəkəcəyi proqnazlaşdırılır.

Ehtimal olunur ki, Cahangir Əsgərovun adına yazılacaq yüz milyonlarla yeyinti ondan geri alındıqdan sonra işindən kənarlaşdırılacaq. Son illər Cahangir Əsgərovun  AZAL-dan əldə etdiyi ailə sərvəti haqqında çoxsaylı araşdırmalar dərc edilib.

Xatırladaq ki, Azərbaycanın Rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev AZAL-ın Müşahidə Şurasının rəhbəridir. Bu yaxınlarda AZAL-a yeni birinci vitse-prezident təyinatı da olub.

Həmçinin oxuyun

Maşın bazarında durğunluğun səbəbi nədir? (VİDEO)

Ötən illə müqayisədə avtomobil bazarında durğunluq müşahidə edilir. Bunu avtomobil bazarına üz tutan insanlarn sayından …