Ana səhifə / Sosial / Azad edilmiş ərazilərdə çalışan əcnəbilərə 2 il iş icazəsi veriləcək

Azad edilmiş ərazilərdə çalışan əcnəbilərə 2 il iş icazəsi veriləcək

Azərbaycanın işğaldan azad edilmiş ərazilərində əmək fəaliyyətinə cəlb edilən əcnəbilərə 2 il müddətində iş icazəsi veriləcək.

Bu, Prezident İlham Əliyevin Miqrasiya Məcəlləsinə dəyişikliyi təsdiqləməsi ilə mümkün olub.

Dəyişikliklə əcnəbilər və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində əmək fəaliyyətinə cəlb edilənlərlə münasibətdə iş icazəsinin müddətinin hər dəfə 2 ildən çox olmamaq şərtilə uzadılmasına imkan veriləcək.

Dəyişiklik 2023-cü ilin yanvarın 1-dən 2028-ci ilin yanvarın 1-dək qüvvədə olacaq.

Həmçinin oxuyun

Pensiya və müavinətlər artırıla bilər – VİDEO

Cari ilin ortaları pensiyaların yenidən artırılacağı gözlənilir. Bunu millət vəkili Aydın Hüseynov deyib. O bildirib …