Cümə axşamı , Mart 28 2024
Ana səhifə / Sosial / Azad Demokratlar Partiyası etiraz bəyanatı qəbul etdi

Azad Demokratlar Partiyası etiraz bəyanatı qəbul etdi

Azad Demokratlar Partiyası (AzDP) ötən bazar günü Ali Məclisinin növbət toplantısını keçirib. Yiğıncağın gündəliyində bir sıra məsələlər müzakirə edilib. Məclis AzDP-nin işçi qrupunun hazırladığı alternativ “İpoteka krediti” layihəsini müzakirə edərək, hökumətə ünvanlanan bir təklif kimi qəbul etdi. Hansı ki, partiyanın iqtisadçıları iddia edir ki, layihənin qəbul edilməsi həm ipoteka kreditlərini yarıbayarı ucuzlaçdırmağa, həm də mənzil bazarını canlandırmağa potensial imkanlar yarada bilər.
Bununla yanaşı partiyanın rəsmi dövlət qeydiyyatına alınmaması ilə bağlı Ali Məclis etiraz bəyanatı qəbul edib. Bəyanatda deyilir ki, ATƏT-in və Avropa Şurasının üzvü olan, AB və NATO ilə tərəfdaşlıq edən Azərbaycan Respublikasında bu gün- XXI əsrdə təməl haqların, o cümlədən vətəndaşların sərbəst birləşmə haqqının kobud pozulması, üstəlik qanunun aliliyini qorumalı olan məhkəmə sisteminin icra hakimiyyətindən tam asılı olması və sifarişli məhkəmə qərarları verməsi, ümumiyyətlə qəbul edilməzdir:

”Məlum olduğu kimi biz, liberal dəyərlərə söykənən və mötədil siyasi xətt aparan Azad Demokratlar Partiyasını(AzDP) ilyarım öncə, cəmiyyətin sərt iqtidar iqtidar-müxalifət qarşıdurmasından yorulduğu, bu münasibətlərdə həlli çətin mürəkkəb zidiyytlərin hökm sürdüyü, cəmiyyətdə yeni siyasi baxışlı qüvvələrə ehtiyacın yarandığı bir şəraitdə qurduq. AzDP yarandığı gündən inkişaf etmiş demokratiyalara xas siyasi mədəniyyət nümayiş etdirmiş, həm rəqibləri ilə- hakimiyyətlə, həm də təbii müttəfiqlərilə- müxalifətlə münasibətlərini siyasi etika və liberal-demokratik dəyərlər əsasında qurmuş, siyasi mübarizədə yalnız dinc, demokratik mübarizə üsul və vasitələrini qəbul etdiyini açıq bəyan etmişdir. Hakimiyyət dəyişikliyinin yalnız bir yolu var, o da azad və ədalətli seçkilərdir.
Bəyanatda qeyd edilir ki, bütün bunlara və beş dəfə rəsmi müraciət etməyimizə baxmayaraq il yarımdır ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununu kobud surətdə pozaraq, müxtəlif əsassız bəhanələrlə Azad Demokratlar Partiyasını rəsmi dövlət qeydiyyatına almaqdan imtina edir.: “Ədliyyə Nazirliyini vətəndaşların birləşmə azadlığına, Azərbaycan Respublikasının konstitusiyasına və qanunlarına hörmət etməyə, AzDP-nin siyasi fəaliyyətinə düşünülmüş qaydada əngəl törətməkdən çəkinməyə çağırırıq.
AzDP Ali Məclisi, Ədliyyə Nazirliyinin bu qanuna zidd hərəkətlərini Azərbaycan Respublikasında icra hakimiyyətinin başında duran dövlət başçısının da diqqətinə çatdıraraq, bütün bürokratik əngəllərə və süründürməçiliklərə son qoyulmasını, mümkün olan ən qısa müddətdə partiyanın rəsmi dövlət qeydiyyatına alınmasını tələb edir”.
Qeyd edək ki, partiyanın Ədliyyə Nazirliyinə qarşı bir iddiası Ali Məhkəmədədi, məhkəmənin baxış iclası 25 fevral 2016-ci il tarixə təyin edilib. Partiyanın dİgər iddiasına isə Apillyasiya Məhkəməsində bu gün baxılıb, növbəti iclas 23 dekabr 2015-ci il tarixə təyin edilib.

Həmçinin oxuyun

“OMİD” 10 min manatədək cərimə oluna bilər – Məhkəmə davam edir

Azərbaycanda inşaat mallarının topdan və pərakəndə satışı üzrə ən böyük satış mərkəzlərindən birinə sahiblik edən …

Bir cavab yazın