Cümə axşamı , Mart 28 2024
Ana səhifə / Sosial / Azərsu “Embawood”un suyunu kəsdi – Borca görə

Azərsu “Embawood”un suyunu kəsdi – Borca görə

“Azərsu” ASC “Embawood” mebel şirkətinin Xətai rayonu, Məhəmməd Hadi küçəsi, 63 A ünvanında yerləşən mebel salonunun istehlak edilən su borcunu ödəmədiyinə görə su xəttini kəsib.

“Qafqazinfo”nun verdiyi xəbərə görə, ötən il dekabrın 18-də tərtib edilmiş fakturada mebel salonunun 549 manat borcu olduğu hesablanıb, şirkət isə borcun məbləği ilə razılaşmayıb bu pulu ödəməkdən imtina edib. Buna görə də “Azərsu” salona suyun verilməsini dayandırıb və obyektin sahibi Şahlar Məmmədovun adına olan smart tipli su sayğacını bloklayıb.

“Azərsu” ASC-nin bu hərəkətindən “Embawood” məhkəməyə müraciət edib və borcun silinməsini, suyun verilməsinin bərpa edilməsini tələb edib. Şikayətə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin hakimi Səbinə Nuriyeva baxıb. 

Məhkəmə iddia ərizəsini və ona əlavə olunmuş sənədləri nəzərdən keçirərək hesab edib ki, iddia ərizəsi geri qaytarılmalıdır. Belə ki, iddia ərizəsinin və ona əlavə edilmiş sənədlərin cavabdehin alması haqqında sənəd məhkəməyə təqdim olunmayıb. İddia ərizəsi electron formada doldurulub və elektron iddia ərizəsi Adgözəlova Günel Xəlil qızı tərəfindən imzalansa da, iddia ərizəsinə onun səlahiyyətini təsdiq edən sənəd əlavə olunmayıb.

Buna görə də “Embawood” MMC və Şahlar Məmmədovun iddia ərizəsi geri qaytarılıb.

Həmçinin oxuyun

Pensiya, maaş və müavinətlər yenidən artırılır

Cari ilin yanvar ayında ölkədə əmək pensiyaları artırılsa da, maaş və əlilliklə bağlı müavinətlər olduğu …