Ana səhifə / Manşet / “Azərenerji” qanuni sənədləri olan eyni “obyekti” ikinci dəfə dağıtdı – Videoreportaj

“Azərenerji” qanuni sənədləri olan eyni “obyekti” ikinci dəfə dağıtdı – Videoreportaj

“Azərenerji” ASС-nin Ziya Bünyatov prospekti 2062-ci məhəllə ünvanında yerləşən (Dərnəgül bazarı-red) və tam qanuni əsaslarla fəaliyyət göstərən ticarət obyektini yerlə-yeksan etdiyi haqda reportaj təqdim etmişdik. Həmin bazarda çalışan sahibkarlar bildirirlər ki, ticarət obyektinin qanuni fəaliyyət üçün bütün lazımi sənədləri qaydasındadır. Buna baxmayaraq, “Azərenerji” bir neçə rəhbər işçi səviyyəsində günün-günorta çağı həmin obyektə təşrif buyurub və ağır texnikaya “obyekti” dağıtmaq göstərişini verib. Bunun üçün qurumun əlində heç bir məhkəmə qətnaməsi olmayıb. Sahibkarların sözlərinə görə, “Azərenerji” atdığı addımı həmin ərazidən yüksək gərginlikli elektrik xəttinin keçməsilə izah edib. Onda isə maraqlıdır: indiyə kimi bunun qarşısı niyə alınmayıb və həmin ərazidə olan digər ticarət obyektləri və yaşayış evləri niyə sökülmür? Bütün bunlara aydınlıq gətirmək üçün, hadisə yerindən videoreportaj hazırladıq. Təəssüf ki, həmin reportajla bağlı qurum heç bir rəsmi reaksiya vermədi. Üstündən 5 gün keçəndən sonra isə həmin obyektə yenidən qanunsuz reyd təşkil etdilər. Azinforum.az hadisə yerindən ikinci videoreportajı təqdim edir:

Həmçinin oxuyun

Pensiya və müavinətlər artırıla bilər – VİDEO

Cari ilin ortaları pensiyaların yenidən artırılacağı gözlənilir. Bunu millət vəkili Aydın Hüseynov deyib. O bildirib …