Şənbə , Aprel 20 2024
Ana səhifə / Sosial / Azərbaycanın dərhal müharibəyə başlamasının Ukraynaya  nə ” isti-soyuğu” ?

Azərbaycanın dərhal müharibəyə başlamasının Ukraynaya  nə ” isti-soyuğu” ?

Qabil Hüseynli: “Azərbaycan nəyin hansı vaxtda həyata keçirilməsinin zəruriliyini hamıdan gözəl bilir”

“Ukraynalı partiya sədrinin bizə ağıl vermə cəhdi bir qədər provokasion istəkdən xəbər verir”

Bu günlərdə Ukrayna Milli Konservativ Partiyasının sədri Oleq Soskin sensasion açıqlama ilə çıxış edib. O bildirib ki, Azərbaycan təcili olaraq Ermənistanla müharibəyə başlayıb öz torpaqlarını işğaldan azad etməlidir: “Bunun üçün Azərbaycan bütün resurslara malikdir.
Güclü ordu, oturuşmuş dövlət strukturları, varlı iqtisadiyyat varsa, bunu gecikdirmək olmaz”.
Qeyd edək ki, sözügedən siyasətçi əvvəllər də erməniləri kəskin tənqid edən bəyanatlarla çıxış edib. O, “Timoşenko-Qriqoryan” ittifaqına işarə edərək bildirib ki, Ukraynanı ermənilər idarə edir.
Hər halda, ukraynalı siyasətçinin bu çağrışının bir tərəfi bizə məlumdur. Onlar bilir ki, Ermənistanın ən böyük havadarı Rusiyadır və Şimal qonşumuzun başının buradakı problemə qarışması istənilən halda Ukrayna üçün əlverişlidir. Bəs, bu çağırışın arxasında daha hansı niyyətlər ola bilər?
Politoloq Qabil Hüseynli “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, bu açıqlama Azərbaycana qarşı bəslənən istəkdən irəli gəlmir: “Ukrayna ilə aramızda normal diplomatik münasibət var. Bu bəllidir, ancaq hansısa siyasətçinin istədiyi bəyanatı verməsini də Ukraynanın marağı kimi yoza bilmərik. İstənilən halda, görünən budur ki, bu məsələdə siyasətçinin münasibətləri qızışdırmaq meyli var. Azərbaycanın gücünü, nəyə qadir olduğunu və mövcud geosiyasi vəziyyəti biz ondan pis bilmirik. Azərbaycan rəhbərliyi də müharibə variantının istisna edilmədiyini bildirib. Belədirsə, ukraynalı partiya sədrinin bizə ağıl vermə cəhdi bir qədər provokasion istəkdən xəbər verir.
Təbiidir ki, Rusiyanın zəifləməsi, başının qarışması Ukraynaya hamıdan çox lazımdır.
Ancaq bu istəyin bizm üzərimizdən həyata keçirilməsi cəhdi yolverilməzdir. Azərbaycan nəyin hansı vaxtda həyata keçirilməsinin zəruriliyini hamıdan gözəl bilir.
Bir daha xatırladıram ki, bizim danışıqlara meylli olmağımız müharibə variantını kənara qoymamıza işarə ola bilməz”.

Məhəmmədəli QƏRİBLİ

Həmçinin oxuyun

Silah-sursat anbarının tikintisi ilə bağlı qalmaqal: 11 il həbs və 10 milyonluq əmlak müsadirəsi

Müdafiə Nazirliyinin sifarişiylə silah-sursat anbarının tikintisini öhdəsinə götürmüş “Bina Tikinti Kompaniyası” MMC-nin rəhbəri Üzeyir Həsənova 11 …

Bir cavab yazın