Ana səhifə / Sosial / “Azərbaycanı İran qaçqınları bürüyəcək…”

“Azərbaycanı İran qaçqınları bürüyəcək…”

ABŞ-ın İranla nüvə sövdələşməsindən çıxması bu ölkədə sosial partlayışa səbəb olacaq, nəticədə iranlı qaçqınlar Qafqaza axın edəcək. Virtualaz.org xəbər verir ki, belə proqnozla rusiyalı siyasətçi, LDPR sədri Vladimir Jirinovski Primakov qiraətində çıxış edib.

Onun sözlərinə görə, Birləşmiş Ştatlar İran iqtisadiyyatını dağıda bilməyəcək. Çünki İran dayanaqlı ölkədir, ancaq dini qruplar arasında qarşıdurma yarana və bu da sosial qeyri-sabitliyə gətirib çıxara bilər. Çünki İranda çoxdandır sünnülərlə şiələr arasında mübahisələr gedir.

“Bəs iranlılar hara qaçacaq? Ancaq şimala: onlar Gürcüstanı, Ermənistanı və Azərbaycanı bürüyəcəklər, siz onları Rostovda da görəcəksiniz. Biz ki, ABŞ Meksika sərhədini hasarladığı kimi özümüzü hasarlaya bilmərik”-Jirinosvki deyib.

 

Həmçinin oxuyun

Başı yarılan uşağa yardım etməyən həkimlərlə bağlı qərar verildi

Jurnalist Məhərrəm Əliyev bir neçə gün öncə qardaşı oğlunun başından xəsarət aldığını, lakin xəstəxanaların heç …