Cümə , Aprel 19 2024
Ana səhifə / Sosial / Azərbaycanda zəlzələ olub – VİDEO – YENİLƏNİB-2

Azərbaycanda zəlzələ olub – VİDEO – YENİLƏNİB-2

Lerik rayonunda zəlzələ baş verib.

Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən “Report”un sorğusuna cavab olaraq bildirilib ki, ilkin məlumatlara görə, yerli vaxtla 16:57:14-də Lerik ərazisində zəlzələ qeydə alınıb.

Zəlzələ episentrdə 5 baldan çox, yaxın yaşayış məntəqələrində 3-4 bala qədər hiss olunub. Təkanların maqnitudası 5.1, dərinliyi isə 15 km olub.

****

Azərbaycanın cənub bölgəsində zəlzələ olub.

“Report”un Cənub bürosunun məlumatına görə, təbii fəlakət, təxminən, 16:56 radələrində qeydə alınıb.

Zəlzələ 3-4 bal gücündə hiss edilib.

Təbii fəlakət Lənkəran, Masallı, Astara, Lerik, Biləsuvar, Salyan və digər ətraf rayonlarda da hiss olunub.

Həmçinin oxuyun

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi

Elm və Təhsil Nazirliyi “Şərq-Qərb” ASC (VÖEN – 2000043631) ilə 1 milyon 996 min 500 …