Çərşənbə axşamı , Aprel 16 2024
Ana səhifə / Sosial / Azərbaycanda yoluxma statistikası – 32 nəfər öldü

Azərbaycanda yoluxma statistikası – 32 nəfər öldü

Azərbaycanda son sutkada koronavirus (COVID-19) infeksiyasına 2 035 yeni yoluxma faktı qeydə alınıb, 776 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında operativ qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 32 nəfər vəfat edib.

Azərbaycanda indiyədək ümumilikdə 273 869 nəfər koronavirus infeksiyasına yoluxub.

Onlardan 243 467 nəfər müalicə olunaraq sağalıb, 3 743 nəfər vəfat edib, aktiv xəstə sayı 26 659 nəfərdir.

Ölkədə son sutka ərzində 12 701 test aparılıb.

Həmçinin oxuyun

Vəfat edənlərin pensiya kapitalını bu şəxslər ala bilər? – Açıqlama

 “Pensiya yaşına çatmadan dünyasını dəyişən insanların pensiya kapitalı qanunla heç kimə verilməli deyil”.  Bunu Qaynarinfo-ya …