Cümə , Aprel 19 2024
Ana səhifə / Sosial / Azərbaycanda yoluxma hallarının artmasının səbəbi açıqlandı – VİDEO

Azərbaycanda yoluxma hallarının artmasının səbəbi açıqlandı – VİDEO

Koronavirusa yoluxma sayının artmasının səbəbi nədir?

Bu suala TƏBİB-in işçi qrupunun rəhbəri Vasif Əliyev Xəzər TV-nin efirində cavab verib. O bildirib ki, yumşaldılmaya gedəndən sonra yoluxmanın sayının artması gözlənilən idi:

“Bizim tövsiyə etdiyimiz qaydalara riayət edən vətəndaşlar var. Virusa inanmayan insanlarımız da kifayət qədərdir. Bu, bizim təsdiq etdiyimiz rəqəmlərdi. Bəzi insanlar həkimə müraciət etmirlər. Pozitiv olub özünü evdə müalicə edənlər var. Sonda xəstəxanaya gec üz tuturlar. Hətta xəstəliyi öz yaxınlarından belə gizlədirlər.

Bu şəxslər virus daşıyıcısı olur və digər insanlarla təmas edərək digərlərini yoluxdururlar. Xəstəliyi gizlətdikləri üçün yoluxma da artır”.

Həmçinin oxuyun

Adı məktəblilərin zəhərlənməsində hallanan şirkət bu dəfə DİM-ə yemək satacaq

Dövlət İmtaham Mərkəzi (DİM) tərəfindən keçirilən tender müsabiqəsinin qalibi “TAİS-İKF” MMC (VÖEN-1400019741) olub.Yeniavaz.com xəbər verir ki, …