Cümə , Aprel 19 2024
Ana səhifə / Sosial / Azərbaycanda uşaqlara ən çox qoyulan adlar – SİYAHI

Azərbaycanda uşaqlara ən çox qoyulan adlar – SİYAHI

2017-ci ildə Azərbaycanda yeni doğulan körpələrə ən çox qoyulan adlar açıqlanıb.

Ədliyyə Nazirliyindən AzVision.az-ın sorğusuna cavab olaraq bildirilib ki, statistik göstəricilərə əsasən, ötən il yeni doğulmuş körpələrdən oğlan uşaqlarına Yusif, Hüseyn, Əli, Ömər, Məhəmməd, Murad, Uğur, Ayxan, Tunar və İbrahim, qız uşaqlarına isə Zəhra, Nuray, Fatimə, Zeynəb, Aylin, Məryəm, Ayan, Mələk, Xədicə və Mədinə kimi adların verilməsi üstünlük təşkil edib.

“Bununla yanaşı bildiririk ki, yeni doğulmuş körpələrə verilmiş adların mənşəyinə, alındığı dilə dair məlumatları Azərbaycan Milli Elmlər Akademiyası Nəsimi adına Dilçilik İnstitutu tərəfindən tərtib edilmiş “Azərbaycan Dilinin Böyük İzahlı Onomastik Lüğəti”, habelə Ədliyyə Nazirliyinin elektron saytında yerləşdirilmiş elektron xidmət vasitəsilə əldə etmək mümkündür”, – deyə nazirliyin məlumatında qeyd olunub.

Həmçinin oxuyun

Neftin qiymətində olan artım maaş və pensiyalara təsir edəcək? – VİDEO  

Hazırda dünya bazarında brend markalı neftin qiymətində artımlar müşahidə olunur. Bəs bu artımlar pensiya və maaşların …