Cümə axşamı , Mart 28 2024
Ana səhifə / Sosial / Azərbaycanda Türkiyə “hərbi bazası” yaradılacaqmı?

Azərbaycanda Türkiyə “hərbi bazası” yaradılacaqmı?

Bir neçə gün bundan əvvəl, 20 iyulda Azərbaycan Respublikasının prezidenti İlham Əliyevin imzaladığı fərmana əsasən “Qızıl Şərq” hərbi şəhərciyi Türkiyə hərbçilərinin istifadəsinə verildi.

Fərmanın imzalanmasından dərhal sonra ölkə mətbuatında Azərbaycan ərazisində başqa bir dövlətə aid hərbi bazanın yaradılacağı barədə məlumatlar dolaşmağa başladı.

Bu da haqlı olaraq özündə yeni suallar doğurdu. Bu suallara cavab verməmişdən öncə bir neçə önəmli faktı nəzərə almaq lazımdır.

Azərbaycan Respublikasının mövcud hərbi doktrinasına uyğun olaraq ölkə ərazisində hər hansı bir dövlətə məxsus hərbi bazanın yaradılması qanunla mümkün deyil.

Bundan əlavə ölkənin yerləşdiyi bölgənin çox həssas olduğu faktı da diqqətəlayiqdir.

NATO və İran amili

Rusiya və İran kimi böyük qonşulara malik bir ölkənin öz ərazisində NATO üzvü olan bir ölkənin hərbi bazasını yerləşdirməsi çox absurd səslənir.

Bundan əlavə, hələ İranda Əhmədinecatın prezidentliyi dövründə bu ölkə ilə gəlinən razılığa əsasən Azərbaycan öz ərazisində hər hansı bir ölkəyə məxsus (xüsusilə də NATO üzvü olan ölkə) hərbi baza inşa edə, habelə başqa ölkəyə məxsus hərbi kontingent saxlaya bilməz. Bu razılığa əməl edildikcə Azərbaycan və İran arasındakı münasibətlər stabil olaraq qalacaqdır.

Azərbaycan və Türkiyə hökümətləri arasında sıx hərbi əməkdaşlıq əzəldən bəri mövcuddur. Azərbaycan hərbçiləri ildə bir neçə dəfə Türkiyədə keçirilən hərbi təlimlərdə iştirak edir və ya türk hərbçiləri tərəfindən təlim görürlər.

Türkiyə ilə əməkdaşlıq

Türkiyə də, öz növbəsində, Azərbaycan (son dövrlərdə Gürcüstan da bura daxil olub) Silahlı Qüvvələri ilə birgə 2011, 2013, 2015, və 2016-cı illərdə geniş miqyaslı hərbi təlimlər keçirib. Cənubi Qafqazda bu cür hərbi fəallıq rəsmi Moskvanın və rəsmi Tehranın maraqlarına zidd olsa belə Azərbaycanın milli təhlükəsizliyi baxımından həyati önəm daşıyır.

İmzalanan fərmanla türk hərbçiləri “Qızıl Şərq” hərbi şəhərciyində olan binalardan (əsasən anbar qismində) istifadə etmək hüququ qazanır.

Həmçinin Hacı Zeynalabdin Tağıyev aerodromunda yerləşən terminallardan biri də şəxsi heyətin istifadəsinə ayrılacaq.

Azərbaycan hərbçiləri də bu aerodrom vasitəsilə Əfqanıstandakı hərbi missiyaya göndərilir.

Azərbaycan artıq 10 ilə yaxın bir zamanda öz hava məkanının NATO hərbi qüvvələri üçün tranzit məqsədlə istifadəsinə şərait yaradır.

Bu yolla hərbçilər Əfqanıstana daha qısa zamanda gedib çatmaq şansı əldə edirlər.

Türkiyəli hərbçilər də bu hərbi şəhərcikdən daha çox texniki məntəqə kimi istifadə edəcəklər.

Yəni fərman Azərbaycanda heç bir canlı qüvvə və ya hərbi texnika yerləşdirilməsi məqsədini daşımır.

Bununla sadəcə Azərbaycan və Türkiyə arasındakı hərbi əməkdaşlığın daha da dərinləşəcəyi gözlənilir.

Çox güman bu yaxınlarda Azərbaycana rəsmi səfər edəcək Türkiyə prezidenti Recep Tayyip Ərdoğan öz azərbaycanlı həmkarı ilə görüşdə bu məsələyə də toxunacaq. (BBC)

Həmçinin oxuyun

Pensiya, maaş və müavinətlər yenidən artırılır

Cari ilin yanvar ayında ölkədə əmək pensiyaları artırılsa da, maaş və əlilliklə bağlı müavinətlər olduğu …

Bir cavab yazın