Cümə axşamı , Mart 28 2024
Ana səhifə / Sosial / Azərbaycanda sürücünün ölümü ilə nəticələnən dəhşətli hadisə – VİDEO

Azərbaycanda sürücünün ölümü ilə nəticələnən dəhşətli hadisə – VİDEO

Samux rayonunda piyadanın vurulması ilə nəticələnən yol qəzasının görüntüləri üzə çıxıb.

Müşahidə kamerasının lentə aldığı görüntülərdən bəlli olur ki, 1964-cü il təvəllüdlü Xəlilov Natiq Litfin oğlu idarə etdiyi avtomobili yol kənarında saxlayır.

Bir neçə saniyə sonra “Mercedes” markalı avtomobil yüksək sürətlə adıçəkilən şəxsi vurur və bir neçə metr kənara atır.

Zərbənin təsirindən 57 yaşlı N.Xəlilov aldığı xəsarətlərdən hadisə yerində dünyasını dəyişir.

Məlumat üçün bildirək ki, hadisə Samux rayonu Çoban Abdallı avtomobil yolunda baş verib.(BAKU.WS)

https://baku.ws/video2/v.php?v=1795574

Həmçinin oxuyun

“OMİD” 10 min manatədək cərimə oluna bilər – Məhkəmə davam edir

Azərbaycanda inşaat mallarının topdan və pərakəndə satışı üzrə ən böyük satış mərkəzlərindən birinə sahiblik edən …