Cümə axşamı , Aprel 25 2024
Ana səhifə / Sosial / Azərbaycanda su itkisinin qarşısı necə alınacaq? – Video

Azərbaycanda su itkisinin qarşısı necə alınacaq? – Video

Azərbaycanda isifadə olunan suyun böyük bir hissəsi təsərrüfata sərf olunur.

Bunu Milli Məclisin Təbii Ehtiyatlar, Energetika və Ekologiya komitəsinin sədri Sadiq Qurbanov bildirib.

Onun sözlərinə ölkə ərazisinə daxil olan su, paytaxta çatana demək olar ki, yox olur.

Sadiq Qurbanov qeyd edib ki, kənd təsərrüfatında su itkisinin böyük olmasına səbəb suvarmada tətbiq edilən selləmə üsuludur.

Onun sözlərinə görə fermerlər tədricən müasir suvarma sisteminə keçid etməyə başlayıblar. problemin qarşısını almaq üçün müxtəlif layihələr icra olunub və proses davam edir. 

Millət vəkili əlavə edib ki, son dövrlərdə müşahidə edilən qlobal iqlim dəyişiklikləri sudan səmərəli istifadə üçün təxirəsalınmaz tədbirlər görülməsini zəruri edib.

Daha ətraflı videomaterialı təqdim edirik:

Həmçinin oxuyun

Maşın bazarında durğunluğun səbəbi nədir? (VİDEO)

Ötən illə müqayisədə avtomobil bazarında durğunluq müşahidə edilir. Bunu avtomobil bazarına üz tutan insanlarn sayından …