Şənbə , Aprel 20 2024
Ana səhifə / Sosial / Azərbaycanda son sutkada 96 nəfər koronavirusa yoluxub, 2 nəfər ölüb

Azərbaycanda son sutkada 96 nəfər koronavirusa yoluxub, 2 nəfər ölüb

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına son sutkada 96 yeni yoluxma faktı qeydə alınıb, 131 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, analiz nümunələri müsbət çıxan 2 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 821 757 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 811 060 nəfər müalicə olunaraq sağalıb, hazırda 776 aktiv xəstə var. Bu günə qədər 9 921 nəfər vəfat edib.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 3 806, bu günə qədər isə ümumilikdə 7 260 232 test icra olunub.

Həmçinin oxuyun

Adı məktəblilərin zəhərlənməsində hallanan şirkət bu dəfə DİM-ə yemək satacaq

Dövlət İmtaham Mərkəzi (DİM) tərəfindən keçirilən tender müsabiqəsinin qalibi “TAİS-İKF” MMC (VÖEN-1400019741) olub.Yeniavaz.com xəbər verir ki, …