Ana səhifə / Sosial / Azərbaycanda son on iki ildə nikahdankənar nə qədər uşaq doğulub – RƏQƏMLƏR

Azərbaycanda son on iki ildə nikahdankənar nə qədər uşaq doğulub – RƏQƏMLƏR

Azərbaycanda son 12 ildə nikahdankənar doğulan uşaqların sayı 300 minə yaxın olub.

Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsindən Sputnik Azərbaycan-ın sorğusuna cavab olaraq 1970-ci ildən etibarən nikahdankənar doğulan uşaqların sayı ilə bağlı illər üzrə rəqəmlər təqdim olunub.

Maraqlıdır, son 12 ildə, yəni hazırda yetkinlik yaşınadək olan belə uşaqların ümumi sayı nə qədər olub? Dövlət Statistika Komitəsinin 2007-ci ildən təqdim etdiyi rəqəmlərin cəmi isə 283 min 420-dir. İllər üzrə rəqəmlərə nəzər yetirdikdə isə nikahdankənar münasibətdən doğulan uşaqlar arasında cinsiyyət nisbətində qızlarla müqayisədə oğlan uşaqlarının daha çox olduğunu görə bilərik.

Belə ki, təkcə son 3 ilin statistikasına nəzər yetirməklə də bu fərqi müşahidə edə bilərik. Statistika Komitəsinin məlumatına görə, 2016-cı ildə rəsmi qeydə alınmamış nikahdan doğulan 26 min 288 uşaqdan 13 min 767-i oğlan, 12 min 521-i isə qız olub. 2017-ci ildə doğulan 22 min 796 belə uşaqdan 11 min 796-ı oğlan, 11 mini isə qız olub. 2018-ci ildə isə doğulan 20 min 716 belə uşaqdan 10 min 777-i oğlan, 9 min 939-u isə qız olub.

Həmçinin oxuyun

Başı yarılan uşağa yardım etməyən həkimlərlə bağlı qərar verildi

Jurnalist Məhərrəm Əliyev bir neçə gün öncə qardaşı oğlunun başından xəsarət aldığını, lakin xəstəxanaların heç …