Çərşənbə axşamı , Aprel 23 2024
Ana səhifə / Sosial / Azərbaycanda sidik kisəsi çöldə olan körpə doğulub

Azərbaycanda sidik kisəsi çöldə olan körpə doğulub

Sidik kisəsi çöldə doğulan 2 aylıq oğlan uşağı uğurla əməliyyat olunub. 

“Qafqazinfo” xəbər verir ki, bu barədə məlumatı Uşaq Cərrahiyyəsi ve Urologiyası Uzmanı Op.Dr.Fuad Hüseynov sosial şəbəkədə paylaşıb. Həkim bildirib ki, bu xəstəlik olduqca nadir yəni,100 min uşaqdan 3-də rast gəlinir:

“Bizə müraciət etdiyində artıq 2 aylıq olan körpəyə apardığımız müayinələr nəticəsində məlum oldu ki, körpənin sidik kisəsi, sidik axarları çöldədir, sidik kanalı yoxdur,cinsiyyət orqanı isə açıq şəkildədir. Əməliyyatdan öncə çəkilən rentgendə qasıq sümükləri arasındakı məsafə böyük olduğu üçün Uzman travmatoloq Fərhad Verdiyev tərəfindən arxadan qalça sümükləri kəsildi.

Çəkisi 3,5 kq olan körpə üzərində uşaq cərrahiyyəsinin ən çətin əməliyyatlarından olan sidik kisəsi ekstrofiyasının təmiri əməliyyatını uğurla icra etdik.Yəni sidik kisəsi ətraf toxumalardan sərbəstləşdirilərək normal yerinə yerləşdirildi. Ardından qasıq sümükləri yaxınlaşdırıldı, sidik kanalı bərpa edildi”.

Həkimin sözlərinə görə, hazırda uşağın vəziyyəti yaxşıdır və artıq yaşadığı rayondadır.


Həmçinin oxuyun

Birinci sinfə qəbul üzrə prioritet məktəblər – SİYAHI

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki ümumi təhsil müəssisələri üzrə I sinfə qəbul prosesində prioritet …