Cümə , Aprel 19 2024
Ana səhifə / Sosial / Azərbaycanda sabit hava şəraiti davam edəcək – PROQNOZ

Azərbaycanda sabit hava şəraiti davam edəcək – PROQNOZ

“Növbəti iki gün ərzində Azərbaycanda sabit hava şəraiti davam edəcək”.

Bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktor əvəzi Gülşad Məmmədova deyib.

O bildirib ki, oktyabr ayının 20-21-də ölkə ərazisində hava şəraiti əsasən yağmursuz keçəcək: “Cənub şərq küləyinin üstünlüyü müşahidə olunacaq. Havanın temperaturu bugünlərlə müqayisədə tədricən yüksələcək. Bakıda havanın temperaturunun 23 dərəcəyədək artacağı gözlənilir”.

Həmçinin oxuyun

Neftin qiymətində olan artım maaş və pensiyalara təsir edəcək? – VİDEO  

Hazırda dünya bazarında brend markalı neftin qiymətində artımlar müşahidə olunur. Bəs bu artımlar pensiya və maaşların …