Çərşənbə axşamı , Aprel 23 2024
Ana səhifə / Sosial / Azərbaycanda şəkər xəstələrinin sayı artır – STATİSTİKA

Azərbaycanda şəkər xəstələrinin sayı artır – STATİSTİKA

Azərbaycanda şəkərli diabet xəstələrinin sayı açıqlanıb.

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyətinin sədri Zaur Əliyev “Virtual diabet məktəbi” layihəsinin təqdimat mərasimində deyib ki, hazırda Azərbaycanda 270 minə yaxın qeydiyyatdan keçmiş şəkərli diabet xəstəsi var: “Son illər bu xəstələrin sayı 5-6 faiz artıb”.

Z. Əliyev qeyd edib ki, hazırda icbari tibbi sığortanın Xidmətlər Zərfi çərçivəsində şəkərli diabetlə bağlı müvafiq tibbi xidmətlər qarşılanır: “Yenidoğulmuşların şəkərli diabeti, insulindən asılı şəkərli diabet, şəkərli diabetlə bağlı ağırlaşmaların dəqiqləşdirilmiş və dəqiqləşdirilməmiş bir çox halları və digər tibbi xidmətlər stasionar şəraitdə təminata alınır. Gələcəkdə daha da genişləndirilmiş tədbirlər nəzərdə tutula bilər”.

Həmçinin oxuyun

Birinci sinfə qəbul üzrə prioritet məktəblər – SİYAHI

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki ümumi təhsil müəssisələri üzrə I sinfə qəbul prosesində prioritet …