Cümə axşamı , Aprel 25 2024
Ana səhifə / Sosial / Azərbaycanda QİÇS qurbanlarının sayı Açıqlandı

Azərbaycanda QİÇS qurbanlarının sayı Açıqlandı

Hazırda Azərbaycanda  qeydə alınmış  HİV-ə yoluxmuş insanların sayı 570 nəfər təşkil edir.  

Bu barədə Respublika QİÇS-lə Mübarizə Mərkəzinin Monitorinq və qiymətləndirmə şöbəsinin rəhbəri Natiq Zülfüqarov “VİÇ-ə yoluxmuş insanlara qarşı diskriminasiya ilə mübarizədə KİV-in rolu” mövzulu tədbirdə çıxışında bildirib.

Onun sözlərinə görə, yoluxmuş insanlardan 559-u Azərbaycan vətəndaşı, 11-i ölkədə yaşayan xarici vətəndaşlardır.

“Qeydiyyata alınmış 559 Azərbaycan vətəndaşından 354-ü kişi, 205-i qadındır. Bizim ölkədə insanlar daha çox cinsi yolla QİÇS-ə yoluxur, bu demək olar ki, yoluxma hallarının 58 faizini təşkil edir” deyə Zülfüqarov bildirib.

Şöbə müdiri eyni zamanda Azərbaycanda ilk QİÇS-ə yoluxma halının 1987-ci ildə qeydə alındığını xatırladıb.

“1987-ci ildən bu günə kimi bu xəstəlik 877 nəfərin həyatına son qoyub” deyə həkim bildirib.

Həmçinin oxuyun

Maşın bazarında durğunluğun səbəbi nədir? (VİDEO)

Ötən illə müqayisədə avtomobil bazarında durğunluq müşahidə edilir. Bunu avtomobil bazarına üz tutan insanlarn sayından …