Ana səhifə / Sosial / Azərbaycanda ötən il bağlanan iş yerlərinin sayı açıqlandı

Azərbaycanda ötən il bağlanan iş yerlərinin sayı açıqlandı

2020-ci il ərzində Azərbaycanda 20,1 min iş yeri bağlanıb.

Bu barədə Dövlət Statistika Komitəsindən (DSK) bildirilib.

Qeyd olunub ki, bu dövrdə bağlanmış iş yerlərinin 28,1 faizi qeyri-dövlət sektorunun payına düşüb:

“İş yerlərinin 20,4 faizi müəssisə və təşkilatların fəaliyyətlərinin dayandırılması, 79,6 faizi isə fəaliyyət göstərən müəssisə və təşkilatlarda aparılan ixtisarlarla əlaqədar bağlanıb”.

Rəsmi məlumata görə, həmçinin hesabat dövründə ölkə ərazisində 129,0 min yeni iş yerləri açılıb:

“Bu dövrdə yaradılmış iş yerlərinin 54,9 faizi qeyri-dövlət sektorunda açılıb. Yeni iş yerlərinin 69,3 faizi Bakı şəhərinin, 0,7 faizi Naxçıvan Muxtar Respublikasının, 30,0 faizi digər regionların, o cümlədən 8,4 faizi Aran, 6,6 faizi Lənkəran, 6,0 faizi Gəncə-Qazax, 2,4 faizi Abşeron, 2,0 faizi Dağlıq Şirvan, 1,5 faizi Şəki-Zaqatala, 1,5 faizi Yuxarı Qarabağ, 1,4 faizi Quba-Xaçmaz, 0,2 faizi isə Kəlbəcər-Laçın iqtisadi rayonlarının payına düşüb”. (Modern.az)

Həmçinin oxuyun

Başı yarılan uşağa yardım etməyən həkimlərlə bağlı qərar verildi

Jurnalist Məhərrəm Əliyev bir neçə gün öncə qardaşı oğlunun başından xəsarət aldığını, lakin xəstəxanaların heç …