Şənbə , Aprel 20 2024
Ana səhifə / Sosial / Azərbaycanda orta məktəbin stadionunu satdılar – VİDEO

Azərbaycanda orta məktəbin stadionunu satdılar – VİDEO

Azərbaycanda orta məktəbə məxsus stadionun ərazisi satışa çıxarılıb.

Bu barədə A24.az-a Masallı rayonunun Qəriblər kənd sakinləri tərəfindən verilən məlumatda deyilir. Bildirilir ki, Qəriblər kəndində yerləşən tam orta məktəbin stadionu satışa çıxarılıb. 0.5 hektar ərazisi olduğu deyilən stadionun artıq yeni sahiblərinə veriləcəyi bildirilir.

Hazırda satışa çıxarılan ərazi hasarlanıb və şagirdlərin stadiona daxil olmasına qadağa qoyulub. Kənd sakinləri stadionun satılmasından narahat olduğunu bildirib. Eyni zamanda, valideynlər orta məktəbdə tədris olunan “Bədən tərbiyəsi” fənninin qüvvədən düşdüyünü vurğulayır.

Qeyd olunur ki, stadion ərazisi kənd bələdiyyə sədri Müşfiq Ağayev tərəfindən satılıb.

Həmçinin oxuyun

Bakının mərkəzində Xalq şairinin adını daşıyan bağın oturacaqları acınacaqlı vəziyyətdədir – VİDEO

Paytaxtın mərkəzi küçələrindən birində yerləşən Səməd Vurğun bağındakı oturacaqların bir çoxu yararsız vəziyyətdədir. Sözügedən bağdakı …