Cümə axşamı , Aprel 18 2024
Ana səhifə / Sosial / “Azərbaycanda orta ixtisas təhsilli şəxslərə olan ehtiyac azalıb” – Səlim Müslümov

“Azərbaycanda orta ixtisas təhsilli şəxslərə olan ehtiyac azalıb” – Səlim Müslümov

“Azərbaycanda orta ixtisas təhsilli şəxslərə olan ehtiyac azalıb”.

Azinforum.az  xəbər verir­ ki, bunu “Əmək bazar­ı: islahatlar və pers­pektivlər” mövzusunda­ keçirilən konfransda əmək və ə­halinin sosial müdafi­əsi naziri Səlim Müsl­ümov deyib.

O bildirib ki, hazırda daha yüksək səviyyədə təhsili olan, ixtisaslı kadrlara ehtiyac var: “Ölkədə əmək ehtiyatlarının keyfiyyət tərkibini müəyyən edən əsas məsələlərdən biri də təhsil və ixtisas səciyyəsidir. 2010-cu ildən başlayaraq əmək miqrasiyası üçün kvota sistemi tətbiq olunmağa başlandı. Kvotanın tətbiqi ilk növbədə ixtisaslı kadrların Azərbaycana cəlb edilməsi, eləcə də ölkə daxilindəki əmək resurslarından maksimum səviyyədə, daha geniş istifadə olunmasına və onların ixtisasının artırılmasına diqqətin yönəldilməsidir”.

S.Müslümov qeyd edib ki, nazirliyin “Əmək müqaviləsi bildirişi üzrə elektron informasiya” sistemində qeydə alınmış muzdlu işçilərin 37.5 faizi ali təhsilli, 37.5 faizi orta təhsillidir, 22.3 faizi orta ixtisas təhsillidir.

Həmçinin oxuyun

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi

Elm və Təhsil Nazirliyi “Şərq-Qərb” ASC (VÖEN – 2000043631) ilə 1 milyon 996 min 500 …