Ana səhifə / Sosial / Azərbaycanda müşahidə olunan faktiki hava açıqlanıb

Azərbaycanda müşahidə olunan faktiki hava açıqlanıb

Azərbaycanda müşahidə olunan faktiki hava açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən bildirilib ki, martın 25-i saat 12:00-a olan məlumata əsasən ölkə ərazisində qeyri-sabit hava şəraiti davam edib, bəzi yerlərdə yağıntılı olub, qar yağıb.

Bakıda və Abşeron yarımadasında isə səhər saatlarınadək yağış davam edib.

Düşən yağıntının miqdarı: Bakıda və Abşeron yarımadasında: Neft Daşlarında 7.0 mm, Çilov adası, Bakıda 4.0 mm, Binədə 2.0 mm, Maştağa, Sumqayıt, Pirallahıda 1.0 mm-dək, Neftçalada 7.0 mm, Astara, Balakəndə 4.0 mm, Şahdağ, Sarıbaş (Qax), Lənkəranda 3.0 mm, Ləzə, Biləsuvar, İmişli, Kürdəmir, Zaqatala, Ağdam, Gədəbəydə 2.0 mm, Ordubad, Daşkəsən, Naftalan, Gəncə, Şəmkir, Tovuz, Ağstafa, Şəki, Şamaxı, Qobustan, Altıağac, Quba, Qusar, Xaltan, Qrız, Tərtər, Bərdə, Xınalıq, Yevlax, Zərdab, Beyləqan, Sabirabad, Salyan, Yardımlı, Ağsu, Kişçay (Şəki), Şabranda 1.0 mm-dək olub.

Qar örtüyünün hündürlüyü: Sarıbaş (Qax), Lerikdə 60 sm, Şahdağda 55 sm, Xaltanda 48 sm, Şahdağda 43 sm, Ağdərədə (Ordubad) 34 sm, Altıağacda 32 sm, Kişçay (Şəkidə) 30 sm, Ləzədə 22 sm, Xınalıq, Daşkəsəndə 16 sm, Qrızda 12 sm, Göygöldə 10 sm, Şamaxıda 8.0 mm, İvanovka (İsmayılı) 5 sm, Qəbələdə 1 sm olub.

Külək: Şimal-qərb küləyi arabir Daşkəsən, Şabranda 20 m/s, Altıağacda 17 sm, Naxçıvanda 16 m/s-dək güclənib.

Havanın minimal temperaturu: Bakıda və Abşeron yarımadasında 6°-dək isti, Naxçıvan MR-da 7°-dək şaxta, dağlıq rayonlarda 12°-dək şaxta, aran rayonlarında 4°-dək isti olub.

Ölkə ərazisində müşahidə olunan qeyri-sabit, fasilələrlə yağıntılı hava şəraiti martın 26-sı gündüzədək davam edəcək. 27-28-də havanın temperaturu iqlim normasına yaxınlaşacaq, əsasən yağmursuz hava şəraiti üstünlük təşkil edəcək.

Həmçinin oxuyun

Pensiya və müavinətlər artırıla bilər – VİDEO

Cari ilin ortaları pensiyaların yenidən artırılacağı gözlənilir. Bunu millət vəkili Aydın Hüseynov deyib. O bildirib …