Ana səhifə / Sosial / Azərbaycanda MTK açıq məkanda reklam haqqında qanunvericiliyi pozdu

Azərbaycanda MTK açıq məkanda reklam haqqında qanunvericiliyi pozdu

“Monparnas” Mənzil-Tikinti Kooperativi (MTK) açıq məkanda reklam haqqında qanunvericiliyi pozub.

Bu barədə Azərbaycan Dövlət Reklam Agentliyi İnzibati Xətalar Məcəlləsinin 428.7.1-ci (Açıq məkanda reklam haqqında qanunvericiliyin pozulmasına, yəni müvafiq icazə olmadan, həmçinin onun tələbləri pozulmaqla açıq məkanda reklam yerləşdirilməsinə) maddəsi ilə inzibati protokol tərtib edilib.

Daha sonra protokol baxılması üçün Xətai Rayon Məhkəməsinə göndərilib.

İddia hakim Fərid Yaqubovun icraatına verilib.

Məhkəmənin hazırlıq iclasının vaxtı hələlik açıqlanmayıb.

Həmçinin oxuyun

“Vəziyyətimiz acınacaqlıdır, Kəlbəcərə qayıtmaq istəyirik, adımızı siyahıya salmırlar”

Kəlbəcərin Ağdaban kəndindən olan Sadiq Məmmədov deyir ki, 30 ildən çoxdur qazı, şəraiti olmayan yataqxanada …