Çərşənbə , Aprel 24 2024
Ana səhifə / Sosial / Azərbaycanda maska taxmayanlara cərimə kəsilə bilər

Azərbaycanda maska taxmayanlara cərimə kəsilə bilər

Nazirlər Kabineti yanında Operatv Qərargahın qərarı ilə aprelin 27-dən Azərbaycan ərazisində tətbiq olunan xüsusi karantin rejimi ilə əlaqədar məhdudiyyətlərin bir qismi yumşaldılıb. Bir sıra iş yerləri və xidmət sahələrinin fəaliyyətinə icazə verilib. Beləliklə də, karantin rejimində küçəyə çıxan insanların sayı nəzərəçarpacaq dərəcədə çoxalıb.

Küçələrdə apardığımız müşahidələr nəticəsində görürük ki, Azərbaycanda son günlər tibbi maskadan istifadə edənlərin də sayı kəskin şəkildə aşağı düşüb. Baxmayaraq ki, koronavirusun yayıldığı ilk günlərdən fərqli olaraq hazırda apteklərdə maska tapmaq çox asandır. Eyni zamanda spirt və digər dezinfeksiyaedici məhlullar həm apteklərdə, həm də mağazalarda satılır. Ancaq ilk günlərdən fərqli olaraq insanların əllərini dezinfeksiya etdiklərini də görmürük.

Azərbaycanda, Almaniyada olduğu kimi, maska məcburi edilsinmi?

Məlumat üçün bildirək ki, Avropanın bir sıra ölkələrində, o cümlədə, də Almaniyada küçəyə çıxan insanların sosial məsafə saxlamaları əsas şərtdir. İnsanlar yalnız maskadan istifadə etməklə kütləvi yerlərə gedə bilərlər. Əks halda onlara cərimə tətbiq olunur.

Bu gün dünyada koronavirusa yoluxanların sayı 3 milyon 300 mini keçib.Eyni zamanda ölüm sayı da durmadan artmaqdadır. Hazırda dünyada 230 mindən çox koronavirusdan ölən var. 2 milyon 37 mindən yuxarı şəxs isə koronavirusdan müalicə alır. Yəni hələ də virus təhlükəsi dünyada təhdid olaraq qalmaqdadır.

Cəlal İsayev: “Ölkə əhalisinin təxminən 2 faizini hepatit B və C ...

Ölkənin baş infeksionisti Cəlal İsayev məsələ ilə bağlı “Yeni Müsavat”a bildirdi ki, Azərbaycanda indiki halda hər kəsin kütləvi yerlərdə getdiyi zaman maska taxması vacibdir: “Bu yumşaldılma virusun artmasına gətirib çıxarmamalıdır. Fəaliyyətinə icazə verilən vətəndaşlar və ya onların xidmətindən istifadə edən əhali mütləq maskadan istifadə etməlidir. Çünki kimin virus daşıyıcısı olduğunu bilmirik. Küçədə gəzən zaman da maskadan istifadə edilməlidir. Ancaq daha vacib olan hal odur ki, insanlar kütləvi yerlərdə maska taxsınlar. Əgər küçədə gedən zaman görsən ki, sıxlıqdır, insanlar çoxdur, o zaman da maska taxılmalıdır. Yaxşı olar ki, maskanın məcburi olması ilə bağlı qərar verilsin. Yumşalmadan insanlar sui-istifadə etməsinlər. Bu, fəlakətlərə gətirib çıxara bilər. Həkimlər və digər müəyyən peşə sahiblərinin küçəyə çıxması üçün icazə verilib. Lakin bundan da aidiyyəti üzrə istifadə etmək lazımdır. Məsələn, mən həkiməm və icazə verilibsə, elə hər yerə getməli deyiləm. Ancaq işə gedib, evə gəlmək lazımdır. Bu virusun yayılmasının qarşısını hər kəs almağa çalışmalıdır. Kimsə icazəlidirsə, bunu əlində bəhanə edib, bütün şəhəri gəzə bilməz. Bütün bunlar, sosial izolyasiya tədbirlərinin pozulması yoluxmanın artması ilə nəticələnə bilər. Buna isə yol vermək olmaz. Əks halda Azərbaycanda ikinci dalğa yaşana bilər. İkinci dalğanın, daha pis vəziyyətin qarşısını almaq üçün deyilənlərə əməl edib, qoyulan qaydalar üzrə hərəkət etmək lazımdır. İnsanlar mütləq gigiyena qaydalarına əməl etməlidirlər. Əllərini yuyub, dezinfeksiya etməli, tibbi maskadan istifadə etməlidirlər. Bu virus hava-damcı yolu ilə keçir. Ona görə də harada, nəyin üzərində olduğunu bilmək mümkün deyil. Bu baxımdan hər yerdə, hər addımda ehtiyatlı davranmaq lazımdır”.

Həmçinin oxuyun

Birinci sinfə qəbul üzrə prioritet məktəblər – SİYAHI

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki ümumi təhsil müəssisələri üzrə I sinfə qəbul prosesində prioritet …