Ana səhifə / Sosial / Azərbaycanda koronavirusla bağlı vəziyyət: “Təhlükə qalmaqdadır”

Azərbaycanda koronavirusla bağlı vəziyyət: “Təhlükə qalmaqdadır”

Payızda yoluxma hallarının artacağı ilə bağlı fərziyyələr yenidən irəli sürülüb.

Bəzi mütəxəssislər bunu növbəti dalğa kimi qiymətləndirərək, bir sıra məhdudiyyətlərin tətbiq olunacağını istisna etməyiblər. 

Qeyd edək ki, son günlər ölkədə virusdan ölənlərin sayında ciddi artım müşahidə edilir və bu rəqəm gündəlik 5-8 nəfər arasında dəyişir.

Hazırda koronavirusla bağlı ölkədə bir təhlükə varmı?

Yoluxma və ölüm hallarının yenidən artması gözlənilirmi?

Suallarımızı cavablandıran həkim-infeksionist Mərdan Əliyev Yenisabah.az-a açıqlamasında deyib ki, hazırda ölkədə koronavirusla bağlı vəziyyət ötən illərə nisbətən yaxşılığa doğru dəyişməkdədir:

“Bildiyimiz kimi, yay aylarının sonlarından etibarən yoluxma sayında ciddi artım müşahidə edildi. Sonradan qeydə alınan artımlar kollektiv immuniteti gücləndirdi”.

“O ki qaldı yoluxmanın sayının azalmasına, mən deyə bilmərəm ki, dünyada pandemiya təhlükəsinə son qoyulub. Təhlükə hələ də qalmaqdadır. Lakin ötən illərə nisbətən yumşalmalar müşahidə olunur. Qarşıdan payız-qış fəsli gəlir. Ona görə də yoluxma hallarında yenidən ciddi artım olacağını düşünmürəm”, – müsahibimiz əlavə edib.

Həmçinin oxuyun

Pensiya və müavinətlər artırıla bilər – VİDEO

Cari ilin ortaları pensiyaların yenidən artırılacağı gözlənilir. Bunu millət vəkili Aydın Hüseynov deyib. O bildirib …