Cümə axşamı , Mart 28 2024
Ana səhifə / Sosial / Azərbaycanda koronavirusla bağlı son vəziyyət – STATİSTİKA

Azərbaycanda koronavirusla bağlı son vəziyyət – STATİSTİKA

Bu gün Azərbaycanda koronavirusla bağlı 3551 test aparılıb.

Bu barədə Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) məlumat yayıb. Bildirilib ki, indiyədək həyata keçirilən testlərin sayı 146 min 630-a çatıb.

Hazırda reanimasiyada olan xəstə sayı 20, süni tənəffüs cihazında olan xəstə sayı 8-dir.

Qeyd edək ki, hazırkı dövrədək ölkəmizdə 1854 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyənləşib, onlardan 1365 nəfər müalicə olunaraq sağalıb, 25 nəfər vəfat edib, 464 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir.

Həmin şəxslərdən 15 nəfərin vəziyyəti ağır, 29 nəfərin vəziyyəti orta ağır qiymətləndirilir, digərlərinin səhhəti stabildir.

Həmçinin oxuyun

“OMİD” 10 min manatədək cərimə oluna bilər – Məhkəmə davam edir

Azərbaycanda inşaat mallarının topdan və pərakəndə satışı üzrə ən böyük satış mərkəzlərindən birinə sahiblik edən …